Meksikanın Qerrero ştatının İquala şəhərində ağır cinayət törədilib.
Avtobusun gülləboran edilməsi nəticəsində Meksikanın 3-cü dəstəsində çıxış edən “Avispones” komandasının 3 futbolçusu ölüb. Avtobus stadion ərazisinə daxil olarkən cinayətkarlar tərəfindən gülləboran edilib.
Hadisə zamanı avtobusun sürücüsü və yaxınlıqdan keçən taksinin sərnişini də həyatını itirib.
Hazırda Qerrero ştatında qeyri-sabitlik hökm sürür. Şəhərə, demək olar ki, müxtəlif cinayətkar qruplar nəzarət edir. Meksika Futbol Federasiyası çempionatın təxirə salınması barədə müzakirələrə başlayıb.(publika.az)
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?