Sankt-Peterburqun ən zəngin adamlarından biri, “Forbes”in hesablamalarına görə, sərvəti 1 milyard dollardan yuxarı olan azərbaycanlı iş adamı Vaqif Məmişov azərbaycanlıların tez-tez ona müraciət edərək pul istəməyindən şikayətlənib.
Virtualaz.org saytı xəbər verir ki, Sankt-Peterburq azərbaycanlıları icmasının rəhbəri olan milyarder V.Məmişov bu haqda yerli “Go812” portalına müsahibəsində danışıb.
“Elə hallar olur ki, bura gələn azərbaycanlılar kömək üçün bizə müraciət edirlər. Hərçənd ki, onlarla konsulluq məşğul olmalıdır. Əlimizdən gələn qədər kömək edirik, ancaq bizim də vəsaitlərimiz və imkanlarımız məhduddur. Məsələn, hansısa xəstəlikləri olan adamlar gəlirlər, müalicə üçün 100 min avro istəyirlər. Axı biz belələrinə necə kömək edə bilərik? Minimal olaraq əlimizdən gələn qədər hamıya kömək etməyə çalışırıq” - deyə milyarder bildirib.
Sorğu
Yeni dizaynımız necədir?