Rusiya prezidenti Vladimir Putin Xəzər dənizi ətrafında dəmiryol dairəsi layihəsinin həyata keçirilməsini dəstəkləyib.
Rusiyanın “MİR” telekanalının verdiyi xəbərə görə, V.Putin bu layihənin perspektivli olacağını düşünür.
Qeyd edək ki, layihə Xəzər dənizinin əsas limanlarının birləşdirilməsini nəzərdə tutur. Bu isə öz növbəsində yüklərin daşınması zamanı vaxtı itkisinin və artıq məsrəflərin qarşısını alır.
Rusiya prezidenti hesab edir ki, sözügedən layihə Xəzəryanı ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə müsbət təsir göstərəcək
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?