Rusiya prezidentinin səfəri zamanı “Dağıstan” raket gəmisi, “Volqodonsk” kiçik artilleriya gəmisi Bakı buxtasında olacaq
Rusiya prezidenti Vladimir Putin avqustun 13-də Azərbaycana işçi səfərə gəlir. ANS PRESS-in regnum.ru-ya istinadən verdiyi məlumata görə, Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov bildirib ki, Putin avqustun 13-də Bakıda danışıqlar apardığı zaman Rusiyanın Xəzər donanmasının gəmiləri – “Dağıstan” raket gəmisi, “Volqodonsk” kiçik artilleriya gəmisi Bakı buxtasında olacaq.
Rusiya prezidentinin nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, energetika naziri Aleksandr Novak, nəqliyyat naziri Maksim Sokolov, iqtisadi inkişaf naziri Aleksey Ulyukayev, “Rosoboroneksport”un baş direktoru Anatoliy İsaykin, Xəzər danışıqları üzrə Rusiya nümayəndə heyətinin rəhbəri İqor Bratçikov, “Rosneft” şirkətinin rəhbəri İqor Seçin və “Lukoyl” şirkətinin prezidenti Vaqif Ələkbərov daxildir.
Yuriy Uşakov səfər zamanı iki ölkə arasında 6-ya qədər sənəd imzalanacağını söyləyib. Sənədlər energetika və nəqliyyat sahəsini əhatə edir. Azərbaycan və Rusiya fövqəladə hallar nazirlikləri arasında əməkdaşıq üzrə Kompleks planla bağlı da sənəd imzalanacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?