Tuqay Kazımov: “Hüquq mühafizə orqanlarında rüşvəti hər şeydən üstün tutan bəzi məmurlar var, onlara deyirəm ki, Bayraq pula satılmaz!”
Son illər respublikamızın hüquq-mühafizə orqanlarında qanunsuzluqlar baş almaqdadır. Xüsusi ilə bölgələrdə polis özbaşnalığı əhaliin haqlı narazılığına səbəb olur. Ağsu rayonunda baş verən olay buna əyani sübutdur. Başına gələnlər haqda şikayət edən Ağsu rayon sakini Kazımov Tuqay Rəşid oğlu bildirir ki, o, 11 noyabr 2012-ci il tarixində təxminən saat 17:00 radələrində küçədə səs-küy və nalayiq söyüşlər eşidib evdən çölə çıxmış, bir nəfər şəxsi əlində çomaq camaatı hədələyərək dövlən başçısını, yerli hakimiyyət orqanlarını, Azərbaycan bayrağını nalayiq söyüşlərlə təhqir etdiyini görmüşdür. O həmin şəxsə yaxınlaşıb onu intizama dəvət etmişdir. Lakin həmən şəxs ona əhəmiyyət verməyərək camaatın gözü qarşısında həmin instansiyalar barədə daha ağır söyüşlər işlətmişdir: “ O, elə söyüşlər işlədirdi ki, vicdanı olan adam düşmən olsa belə buna biganə qala bilməzdi. Mən onun qolundan tutub bir daha intizama dəvət etdim, o isə elə söyüş söyə-söyə qışqırırdı. Dözə bilməyib onu yüngül itələyib, üstünə qışqırdım ki, rədd ol buradan. O zaman polislər də gəlib çıxdılar. Nə baş verdiyini öyrənib,onu polis şöbəsinə gətirdilər. Məni də şahid qismində ora dəvət etdilər. Çox çəkmədi ki şöbəyə ekspert gəldi və müayinə zamanı məlum oldu ki, həmin şəxs sərxoşdur.” Tuqay Kazımovun dediyinə görə, Ağsu rayon polis şöbəsində həmin iş üzrə istintaq başlanılıb. Ancaq təəsüf ki, istintaq birtərəfli aparılır: “Müstəntiq polis leytinantı Vüsal Hüseynov məndən geniş izahat alıb. Hadisə yerində olmuş şahidlərdən də izahatlar alınıb. Lakin müstəntiq Vüsal Hüseynov içkili şəkildə ictimai asaişi pozan Malikdən 3000 manat rüşvət alaraq, məndən ilkin istintaq zamanı verdiyim izahatı dəyişməyi tələb edir. Müxtəlif bəhanələrlə məni istintaqa çağıraraq izahatı dəyişməyəcəyim təqdirdə cinayət məsuliyyətinə cəlb olunacağımı bildirir. Mən bu barədə rayon prokurorunu əvəz edən Çingiz müəllimə də şikayət etdim. Qəribədir ki, prokuror vəzifəsini icra edən də müstəntiq Vüsal Hüseynovun dediyini dedi,izahatımı dəyişməsəm məni cinayətə cəlb edəcəyi ilə hədələdi. Belə qanunsuzluğa dözmək olmur, camaatın gözü qabağında dövlət bayrağını,rayonun vəzifəli şəxslərini, respublika rəhbərlərini söyən, təhqir edən birisi kənarda gəzir, mənsə müxtəlif təziqlərə məruz qalıram.” Tuqay Kazımov bildirir ki, o, Rossiya Federasiyasının vətandaşıdır. Azerinform.az-ın San-Peterburq üzrə xüsusi müxbiridir: “Bir ziyalı kimi mən elimə-obama bağlı adamam.Müstəqil Azərbaycan uğrunda canımdan belə keçməyə hazıram. Özüm qaydasız döyüş üzrə Russia çempionuyam.Kimliyindən asılı olmayaraq mənim yanımda Azərbaycan bayrağını heç kim təhqir edə bilməz. Ancaq təəssüf edirəm ki,nəyinsə xatirinə bunu başa düşmək istəməyən hüquq mühafizə orqanlarında çalışan məmurlar da var.Onlara deyirəm ki, Bayraq pula satılmaz!” Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Samir
Sorğu
Yeni dizaynımız necədir?