Gözəlliyini qısqandıqları üçün bacılarını doğradılar
Argentinada 15 yaşlı Culiya Alvarezin bacıları onun gözəlliyini qısqandıqları üçün üzünü doğrayıblar.
Ailem.az xarici mətbuata istinadən xəbər verir ki, Culiya Alvarezin üzü və bədəninin müxtəlif yerləri qısqanc bacıları tərəfindən kəsilərək tanınmaz hala salınıb.
Bacıları Culiyanı Qatil uşaq “Chucky”ə bənzəməsi üçün kəsiblər.
Bacılar Culiyanı yumruq, təpiklə döyərək “hər kəs səni gözəl hesab edir, ancaq işimizi bitirdikdən sonra elə də gözəl görünməyəcəksən. Hamı sənə “Chucky” deyə səslənəcək“ deyib.
Alvarezin digər bacısı isə deyib ki, onlar Culiyanı həmişə qısqanıblar: “Həmişə onu incidirdilər, ancaq bu qədər irəli gedəcəklərini düşünmürdüm. Ailəmizi məhv etdilər. Culiya intihar etmək istəyir, çox qorxuruq”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?