İtaliya polisi dekabrın 13-də Siciliya mafiyasının bosu adlandırılan Matteo Messi Denaronun qohumlarını həbs edib. Saxlananlar – bosun iki bacısı və 3 digər qohumu onunla əlaqə saxlayıb və eyni zamanda “Koza Nosrtra”ya rəhbərlik etməyə kömək edib.
Mafiya başçısının qohumları genişmiqyaslı əməliyyat zamanı həbs edilib.
Siciliyanın qərbində keçirilən əməliyyatda çox sayda polis əməkdaşı iştirak edib.
Həmçinin Denaro və ailəsinə məxsus olduğu güman edilən 5 milyon avro da tapılıb. Saxlananlara qarşı mütəşəkkil cinayətkar dəstə yaratmaq ittihamı irəli sürülüb. Məlumatlara görə, saxlanan şəxslər cinayətkar sxemdə iştirak edib. Matteo Denaro “Diabolik” ləqəbi ilə tanınır.
O, 1993-cü ildən axtarışdadır. Hazırda 50 yaşı olan bosun “Koza Nostra”da yüksək pilləyə qalxması 2006-cı ildə əvvəlki “xaç atası” Bernardo Provensanonun həbsindən sonra mümkün olub. 2002-ci ildə Denaro qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilib. O, 1993-cü ildə prokuror və hakimiyyət təmsilçilərinə qarşı silsilə terror aktları sifariş verməkdə ittiham edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?