GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » 7 nəfəri öldürənin atası danışdı: HADİSƏNİN TƏFƏRRÜATLARI

7 nəfəri öldürənin atası danışdı: HADİSƏNİN TƏFƏRRÜATLARI

Tarix: 3-10-2014, 12:12 Bölmə :Ölkə Baxış: 757
Goranboy əhalisi oktyabrın 1-də baş verən dəhşətli qətlin şokundan hələ çıxmayıb. Rayonda kimə yaxınlaşsan, Səfikürd kəndindəki ürəkparçalayan hadisədən danışır. Qətli törədən Rafiq Hüseynovun yaşadığı evin qabağında qanlı olaydan sonra qurulan polis postu hələ götürülməyib. Onun valideynlərinin olduğu ev də polis nəzarətindədir.
7 nəfəri öldürənin atası danışdı: HADİSƏNİN TƏFƏRRÜATLARI

gundemxeber.az musavat.com-a istinadən Goranboydakı 7 nəfərin qatili olan Rafiq Hüseynovun atasının açıqlamasını təqdim edir:

Qatilin ailə üzvləri kənddən müvəqqəti olaraq çıxarılıb ki, hər hansı insident yaşanmasın. Ehtimal olunur ki, cavab olaraq Hüseynovların evi yandırıla bilər, yaxud evə hücum olar. Səfikürd kəndinin camaatı bu kütləvi qətliamı terror aktından fərqləndirmir.

Onların sözlərinə görə, ölkədə şəxsi münaqişə zəminində belə bir cinayət olmayıb. Kənd sakinləri bildirirlər ki, qatilin qumbara ataraq üç ailəni tələf etməsi, ADNA-da Fərda Qədirovun törətdiyi terror aktı ilə müqayisə oluna bilər. Çünki öldürülən 7 nəfərdən savayı, iki nəfər yaralıdır, digər iki qonşusunun isə bəxti üzünə gülüb. Deməli, 11 nəfəri qətlə yetirməyə cəhd edib. Qatilin isə hazırda Gəncə Şəhər Polis İdarəsində (ŞPİ) saxlandığı bildirilir.

Bəs onu bu qəddar addımı atmağa nə vadar edib? Niyə R.Hüseynov üç yaşlı körpəni belə öldürüb? Bu suallarımızı Səfikürd kəndində olarkən atası Müzəffər Hüseynov cavablandırdı.

M.Hüseynov “Yeni Müsavat”ın bu hadisə ilə bağlı Goranboyda ezamiyyətdə olan əməkdaşlarına deyib ki, hər şey gəlini Südabə Hüseynovanın atası evindən qayıtmaq istəmədiyinə görə baş verib. Onun dediyinə görə, oğlu ay yarım olardı ki, Südabə ilə evlənmişdi: “Evlənəndən sonra özlərinin evlərinə köçdülər. İndi zəmanə dəyişib, gəlinlər qayınana ilə bir yerdə yaşamaq istəmirlər. Biz də razılaşdıq, cavandırlar, qoy yaşasınlar. Deməli, sentyabrın 27-də Naftalana getmişdik.

Qız nəvəmin xınayaxdı mərasimi idi. Ancaq həmin gün onun qayınatasının vəfatının ili idi. Ora gedib sonradan qızımın evinə gəlmişdilər. Məclisdə çox mehriban idilər, danışıb-gülürdülər. Düzü, Rafiq içki də içmir, heç siqaret də çəkmir. Biz də Naftalandan qayıdıb, qayınanasına zəng elədik, üzrxahlıq etdik. Sonra gedib baş çəkdik, yasda ehsan süfrəsində oturduq, axşam da evə qayıtdıq. Yas mərasiminə Rafiqlə yoldaşı günorta gəlmişdilər deyə axşam gəlmədilər. Bu gəlin də elə bilin ki, birinci sinfə gəlib. Başa düşmək olar. Ata evində nəyisə öyrənməyib. Rafiqə deyirdim ki, nə bilməsə yolunu göstər, başa sal”.

Onun sözlərinə görə, qudasının il mərasimindən bir gün sonra oğlu səhər saatlarında evə gəlib: “Rafiq gəlib dedi ki, bəs Südabə evdən gedib. Evdə mübahisə ediblər, oğlum ondan ayaqqabı istəyib, gəlin də səhv gətirib. Dedim, ay bala, səhv gətiribsə, izah elə, düz gətirsin. Sonra danışdı ki, bəs gəlin əmisi oğlu ilə öpüşüb-görüşdüyünü dediyi üçün onu döyüb, başına “botinka” ilə vurub.

Deməli, bunlar nişanlı olanda Gəncəyə getmişdilər. Rafiq əvvəl gündən nişanlısına tapşırıb ki, qardaşın və bacından başqa heç kəslə öpüşüb-görüşmə, bir də mənə yalan danışma. Qızın əmisi oğlu da görüşəndə onu öpüb.

Gəlin də gizlətməyib, 1 gün sonra bunu Rafiqə deyib. Bu, Rafiqin ürəyində qalıb. Sonradan da hirslənib, başından “botinka” ilə vurub, qız da atası evinə gedib. Mən də yoldaşımı götürüb qızın atası evinə getdik. Ancaq anası dedi ki, qayıtmağa qoymayacaq. Rafiqə bunu deyəndə yanımızda evlərinə zəng eləyib qayınanasına dedi ki, qızınla başdaşın bir olacaq. Düzü, heç nə başa düşmədim, niyə bu sözü dedi”.

M.Hüseynovun sözlərinə görə, gəlin qayıtmadığı gün oğlu evdə tək qalıb: “Qardaşı və nəvəm də tək qalmasın deyə Rafiqin yanına getdilər ki, fikir eləməsin, dərdini bölüşsün. Təxminən gecə saat 1-ə qədər Rafiqin yanında olublar. Onu başa salmağa çalışıblar, yola gətirmək istəyiblər. Ondan sonra evlərinə gediblər. Gecə yarısı, oktyabrın 1-i yatmışdım. Bir də gördüm Rafiq gəlib məni qucaqlayıb öpdü. Axı hardan biləydim ki, gedib qumbara atıb, 7 nəfəri öldürüb, gəlib vidalaşmağa?! Sonra dedi ki, “ata, salamat qal, narahat olmayın, hər şey qaydasındadır”...

Bunu deyib evdən çıxdı. Tez qalxıb, üstümü dəyişib, dalınca həyətə qaçdım. Gördüm ki, qardaşı ona yalvarıb-yaxarır. Elə darvazanı açanda güllə səsi eşitdim. Demə, qorxutmaq üçün havaya atıbmış. Amma ondan əvvəl də qonşumuz Aydını çağırıb, ona da güllə atıb. Mən arxa otaqda yatmışam, heç nə eşitməmişəm. Bax, belə olub. Həyətdə qardaşına deyib ki, aralaş, özümü vuracağam. Qardaşı isə onu fikrindən daşındırıb. Sonra darvazanın yanında qardaşına dedi ki, bəs onu polis şöbəsinə aparıb təslim eləsin... Kaş özünü vuraydı, o ailəyə də, mənə də təsəlli olardı”.

Ata oğlunu bir də nə vaxtsa görəcəyinə ümidi olmadığını bildirdi: “Rafiq öz ifadəsində də deyib ki, 3 yaşlı körpəni öldürməyinə görə peşmandır. Bildirib ki, ev qaranlıq olub, uşağın olduğunu bilməyib. Özü də Rafiq həmin uşağı çox istəyirdi. O gəlin də, ailəsi də çox yaxşı insanlar idilər. Mən bu ailə haqda pis söz deyə bilmərəm.

İnsafən çox yaxşı gəlin idi. Rafiqlə də bu ay yarımda mehriban olublar. Özümüz sevinirdik ki, nə yaxşı bir-birini başa düşürlər. Təmizkar gəlin idi. Tək o yox, bütün gəlinlərim hörmətimi saxlayırdı. Mən elə kişi olmuşam ki, kimin qapısına getsəm, qızını oğluma verməkdən imtina etməyib. Haradan bilim ki, Rafiq belə iş görəcək?”.

Müsahibimiz oğlunun birinci evliliyindən də söz açdı: “Toydan sonra bizim evdə 12 gün qaldılar. Sonra başqa yerdə yaşayıblar. Qəşəng toy elədik. Amma yola getmədilər. Qızı döyməyini deyə bilmərəm.

Ancaq Bakıda kirayədə yaşayırdılar. Evin sahibi bir dəfə deyib ki, bu necə gəlindir, kartofu qoyub qazın üstünə, özü də gedib yatıb, az qala ev yansın. Bunun üstündə mübahisə oldu, ayrıldılar. Doğrusu, birinci gəlin evdən qaçmışdı. Ancaq Rafiqin ikinci evliliyi pis deyildi”.

M.Hüseynov deyir ki, oğlunda hər hansı bir xəstəlik, psixi pozğunluq olmayıb: “Oğlumun heç bir xəstəliyi olmayıb, içki düşkünü deyildi. Özü də, deyəsən, bu gəlin təzəlikcə uşağa qalıbmış. Hər şey evə qayıtmamağına görə oldu. Anası qoymadı, Rafiq də təsirlənib bu işi görüb.

Onda silah əsgərlikdən qabaq vardı. Çünki Ovçular Cəmiyyətinin üzvü idi. Amma qumbaranı hardan tapıb bilmirəm”.

Oğlunun özünə yaxşı ev tikdirdiyini bildirən M.Hüseynov Rafiqin gəlirinin də pis olmadığını dedi: “Həyətdə işləyirdi, “setka” toxuyurdu, ayaqqabı tikirdi. Sənətkar adamdı, əli qızıl idi”.

M.Hüseynov qonşusu Aydın Yusifovla arasındakı məhkəmə çəkişməsinin səbəbini də açıqladı: “Onun oğlu həyat yoldaşımı su üstündə söymüşdü. Rafiq də onu döymüşdü. Ona görə Rafiqi 5 sutkalıq içəri saldılar. O vaxt kredit götürüb, min manat verib, Rafiqi çıxardım. Ədavətimiz buna görədir. 2011-ci ildə də torpaq şöbəsinə ərizə verdik ki, Aydıngil hasarı küçənin ortasına qoyublar, gəlib söküb yerinə qoysunlar. İndi iş məhkəmə icraçılarındadır. Mənim oğlum bu iddia ilə onlara güllə atıb. Kaş özünə güllə ataydı, bizi bəlaya saldı”.

Yada salaq ki, oktyabrın 1-i, sübh saat 4:00 radələrində Rafiq Hüseynov əl qumbarası və silahla qayınatası evinə hücum edərək, 5-i qadın olmaqla, 7 nəfəri öldürüb, 2 nəfəri isə yaralayıb. Evə olunan silahlı hücum nəticəsində qətlə yetirilən şəxslərin adları bunlardır:

1958-ci il təvəllüdlü Diləzbər Alı qızı Məmmədova, 1983-cü il təvəllüdlü Fərqanə Allahyar qızı Məmmədova, 1951-ci il təvəllüdlü Ofelya İsa qızı Məmmədova, 1963-cü il təvəllüdlü Həvayət Xanlar qızı Məmmədova, 1984-cü il təvəllüdlü Südabə Allahyar qızı Hüseynova, 1989-cu il təvəllüdlü Namiq Allahyar oğlu Məmmədov və 2011-ci il təvəllüdlü İsa Elvin oğlu Məmmədov.

Onlar qatilin həyat yoldaşının qohumlarıdır. Yaralılar 28 yaşlı Natiq Məmmədov və 30 yaşlı Günel Məmmədova isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Natiq və Namiq öldürülən gəlinin qardaşları olub.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Goranboy qətliamından son xəbər - Kənddə sakitçilikdir...

    Goranboy qətliamından son xəbər - Kənddə ...

    8-10-2014, 15:59

  • 
  • Kürəkən qumbara ilə 7 qohumunu öldürdü - TƏFSİLAT

    Kürəkən qumbara ilə 7 qohumunu öldürdü - TƏFSİLAT ...

    1-10-2014, 13:36

  • 
  • Azərbaycanda 7 nəfərin öldürüldüyü ŞOK olayın TƏFƏRRÜATLARI

    Azərbaycanda 7 nəfərin öldürüldüyü ŞOK olayın ...

    1-10-2014, 10:54

  • 
  • Bugünkü dəhşətli qətlin təfərrüatı - qanlı qisas

    Bugünkü dəhşətli qətlin təfərrüatı - qanlı qisas ...

    24-03-2014, 17:25

  • 
  • Goranboyda 8 nəfəri qətlə yetirənin qardaşı özünü asdı, atasının ürəyi dayandı - SON DƏQİQƏ

    Goranboyda 8 nəfəri qətlə yetirənin qardaşı özünü ...

    3-11-2014, 22:46


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu