İki gün öncə Bakı-Şamaxı magistral yolunun Qobustan ərazisindən keçən hissəsində, Ceyrankeçməz körpüsünün yanında yüksək sürətlə hərəkət edən avtomobil yolu keçmək istəyən atı vurmuşdu.
Sakinlər lazımi qurumlara müraciət etsələr də ata sahib çıxan olmamışdı. Bu hadisə sosial şəbəkələrdə və mediada böyük səs-küyə səbəb oldu.
Bu gün səhər həmin əraziyə yollanan bir neçə adam ata kömək etmək üçün əraziyə qaldırıcı kran və yük maşını gətiriblər.
Hal-hazırda at müalicə üçün Bakıya gətirilir. Facebook səhifəsində isə atın müalicəsi üçün kampaniya başladılıb və kömək edə biləcək şəxslərdən pul toplanılır. (Milli.az)
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?