gundemxeber.az El TV-yə ( Region TV) istinadən xəbər verir ki, hadisə rayonun Cəyirli kənd sakini Aqil Adıgözəlov "VAZ 2107" markalı minik avtomobili ilə hərəkətdə olarkən baş verib. Minik maşını atı Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 211-ci kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində at magistralın hərəkət hissəsində olarkən vurub.
Zərbənin təsirindən heyvan avtomobilin qabaq şüşələrini sındıraraq içərisinə girib. Nəticədə at ölüb. Sürücü Aqil Adıgözəlov və sərnişin Ağarza Şirbala oğlu Saabov yaralanıblar. Onlar Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Məlumata görə, hadisəyə səbəb gecənin qaranlıq vaxtında atın magistral yola nəzarətsiz buraxılması və sürücünün onu görməməsidir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?