Güllələnən şəxsin meyiti öz evindən tapılıb Şəmkir rayonunda qətl hadisəsi baş verib Şəmkir Rayon Polis Şöbəsindən apa-ya verilən məlumata görə, hadisə Çinarlı qəsəbəsində qeydə alınıb.
Şəmkir rayon sakini Rəşid Cəlil oğlu İmanovun güllələnmiş meyiti yaşadığı mənzildən tapılıb. Həyata keçirilən əməliyyat istintaq tədbirləri nəticəsində məlum olub ki, qətl hadisəsi sentyabrın 29-da R.İmanovun qeyri-rəsmi nikahda yaşadığı həyat yoldaşı Gülmira Abdullayevanın qardaşı Mirəzim Allahverənov tərəfindən törədilib.
Hadisəni törədən M.Allahverənovun tutulması istiqamətində tədbirlər davam etdirilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?