Sabunçu Rayonu Ramana qəsəbəsində baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.
Rayonun polis şöbəsindən aznews.az-a verilən məlumata görə, hadisə ailə-məişət münaqişəsi zəminində baş verib: "Vüqar dönərxanada işləyir. Həmin günü işdən tez çıxıb, amma hadisə gecə saatlarında baş verib. Arvadı bıçağı götürüb ürəyinə sancıb. Kişi elə bir bıçaq zərbəsi ilə ölüb. Qadın tutulub, istintaq aparılır".
Şöbədən onu da əlavə ediblər ki, V.Kərimovun bir qızı var: "Hadisə baş verəndə uşaq nənəsigildə olub".
Qeyd edək ki, Sabunçu rayonu Ramana qəsəbəsində qətl hadisəsi baş verib. Vüqar Kərimovun üzərində zorakılıq əlamətləri olan (kəsilmiş-deşilmiş xəsarət) meyiti evində tapılıb.
12:25
Bakıda dəhşətli qətl törədilib.
Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə iyulun 22-dən 23-nə keçən gecə Ramana qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Vüqar Kərimovun üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti yaşadığı evdə aşkarlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin V.Kərimovun arvadı Nuridə tərəfindən törədilməsi müəyyən edilib və o saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?