“Habil Əliyev xəstələnəndən sonra evdən bayıra çıxmır”.
gundemxeber.az-ın məlumatına görə, bunu Aznews.az-a xalq artisti, tanınmış kaman ifaçısı Habil Əliyevin həyat yoldaşı bildirib. Onun sözlərinə görə, H. Əliyevin müalicəsi hələ də davam edir: “Habil müəllimin belində ağrılar var. Yaxşı yeriyə bilmir, ona görə də bütün günü evdə olur. Tədbirlərə dəvət edirlər, amma getmək imkanı yoxdur”.
Həyat yoldaşı onu da vurğulayıb ki, H. Əliyevi dostları bir an da tək buraxmır: “Yanına gəlirlər, gəlməyənlər də telefonla halını soruşur”.
Qeyd edək ki, Habil Əliyev bir müddət öncə vəziyyəti ağırlaşdığından Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmişdi.
Sorğu
Yeni dizaynımız necədir?