Sumqayıt Apelyasiya Məhkəməsi 9 iyulda Quba hadisələrində təqsirli bilinərək 4 il 6 ay müddətinə həbs edilən Habil Əliyevin şikayətinə baxıb. Məhkəmə onun həbs müddətini 8 ay azaldaraq ümumilikdə 3 il 8 ay cəza verib. Habil Əliyev məhkəmə zalında bu qərara etiraz edib.
O deyib ki, heç bir təqsiri yoxdur və bütün məhkəmələr onunla oyun oynayırlar. Məhbusun həyat yoldaşı Aynurə Əliyeva “Azadlıq” a deyib ki, qərardan Ali Məhkəməyə şikayət etməyəcəklər. H.Əliyev dekabrda həbsinin 1/3 hissəsini çəkdiyinə görə məhkəməyə azad olunmaq üçün müraciət edəcək.
H.Əliyevin vəkili Mirzə Əzizov “Azadlıq” a deyib ki, məhkəmənin qərarından qismən razıdır. O, müdafiə etdiyi şəxsin şərti olaraq azadlığa çıxmasını istəyib.
Qeyd edək ki, Habil Əliyev Cinayət Məcəlləsinin 186.2.1. (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə), 186.2.2. (yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) 233 və 315.2 (xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) 127.2.3, 221.3-cü maddələri ilə ittiham olunur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?