Xırdalan şəhərində ilginc olay baş verib. Xeberci.org-a daxil olan məlumata görə, avtomobil ustasına olan borcunu hədə-qorxu gələrək ödəmək istəməyən polis serjantından Daxili İşlər Nazirliyinin “102” xidmətinə şikayət olunub. Hadisənin təfərrüatı isə olduqca maraqlıdır….
Məlumata görə, Abşeron rayonu, Xırdalan şəhərinə ezam olunmuş Çevik Polis Alayının Natiq adlı serijantı avtomobil təmiri ilə məşğul olan şəxslərə hədə-qorxu yolu ilə havayı iş gördürürmüş. Belə ki, o, vəzifə səlahiyyətlərin aşaraq, eyni zamanda maşın ustalarını qorxudaraq öz avtomobilini dəfələrlə havayı düzəltdirib. Amma sonuncu hadisə serjantın istədiyi kimi cərəyan etməyib.
Belə ki, Natiq adlı polis əməkdaşı Xırdalan şəhərində avtomobil rəngsazı Sakitə hədə-qorxu gələrək vaz 21 015 markalı şəxsi avtomobilini rənglətmiş, amma iş bitdikdən sonra 150 manat zəhmət haqqını verməkdən imtina etmişdir. Belə olan halda avtomobillərin rənglənməsi işiylə məşğul olan Məlikov Sakit Nüsrət oglu oktyabrın 7-də, günorta saatlarında DİN-nin 102 xidmətinə şikayət edərək, ona hədə-qorxu gələn polisin cəzalandırılmasını istəyib.
Əldə etdiyimiz məlumata görə, hələlik şikayətçiyə dəymiş maddi ziyan ödənməyib. Məsələ diqqətimizdədir və mövzuya yenidən qayıdacağıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?