İŞİD-in mühasirəyə aldığı Kobanidən Türkiyəyə qaçan insanlar, yaşadıqları çətin anlar haqqında danışıblar. Bizimyol.info xarici mətbuta istinadən xəbər verir ki, başına gələnləri “Guardian” qəzetinə danışan Mustafa Kader deyib ki, İŞİD üzvləri ilk öncə onun 85 yaşlı əmisini öldürüblər. Daha sonra terroristlər M.Kaderin baldızına və qardaşı oğluna təcavüz edib, ürəklərini çıxarıblar. Kobani sakini deyib ki, evləri mərkəzdən 16 kilometr uzaqlıqda yerləşir. O, həyat yoldaşı və oğlu ilə bərabər 10 gün əvvəl kənddən uzaqlaşıb. Ancaq, M.Kaderin 85 yaşlı əmisi onlarla kəndi tərk etməyə razı olmayıb. Əmisinin ölüm xəbərini də yolda ikən eşidib. M.Kader daha sonra həyat yoldaşının böyüdüyü kəndə üz tutub. Ancaq, orada rastlaşdığı mənzərə ailəni dəhşətə gətirib: “Baldızımı və 8 yaşındakı oğlunu qanlar içərisində gördüm. Onlara təcavüz etmişdilər. Ürəklərini isə çıxarıb sinələrinin üzərinə qoymuşdular. Onları öz əlimlə dəfn etdim”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?