İŞİD qüvvələri Suriyanın sərhədyanı Kobani şəhərində Qərb ölkələrinin endirdiyi hava zərbələri səbəbindən ələ keçirdikləri ərazilərdən geri çəkilmək məcburiyyətində qalıblar.
BBC-nin verdiyi xəbərə görə, şəhər administrasiyasının nümayəndəsi İdris Nasan deyib ki, son günlərədək şəhərin 1/3 hissəsinə nəzarət edən terrorçular hazırda yalnız bir neçə evi əllərində saxlaya biliblər.
İ.Nasan kürd özünümüdafiə dəstələrinin daha çox silah-sursata ehtiyacı olduğunu vurğulayıb.
Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu hökumətin Kobani məsələsində hərəkətsizliyini ittiham edən tənqidçilərə cavabında bildirib ki, Ankara bu məsələdə təkbaşına addım ata bilməz.
NATO rəhbəri Yens Stoltenberq ilə danışıqlar zamanı Mövlud Çavuşoğlu Suriyanın sərhədyanı ərazilərində uçuşsuz zonası yaratmağı təklif edib (APA).
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?