GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Orduya aşbazlar və təmizlik işçiləri götürülür

Orduya aşbazlar və təmizlik işçiləri götürülür

Tarix: 10-10-2014, 09:51 Bölmə :Ölkə Baxış: 811
Zakir Həsənovun bu tələbi "dedovşina"nın kökünü kəsəcəkmi? Ekspert Cəsur Sümərinli: "Avtomobillərin idarə olunması da mülki şəxslərə həvalə olunmalıdır"
Orduya aşbazlar və təmizlik işçiləri götürülür

Müdafiə naziri Zakir Həsənov cəbhə bölgəsinə səfərləri zamanı hərbi hissələrdə təmizlik və mətbəx işlərinin görülməsi ilə bağlı tələblər irəli sürmüşdü. Z.Həsənov əsgərlərin aşpaz kimi çalışmasına qəti etirazını bildirərək yaşayış məntəqələrinin yaxınlığında yerləşən hərbi hissələrin komandirlərinə tapşırmışdı ki, kəndlərdə işə ehtiyacı olan qadınların əməyindən istifadə etsinlər.

Qeyd edək ki, Sovet hakimiyyəti dövründə silahlı qüvvələrdə xidmət edən hərbçilərin əməyindən istifadə edilirdi. Son dövrlərə qədər Azərbaycan hərbi hissələrində də sovet ordusundan qalan qaydalara əsasən mətbəx, o cümlədən təmizlik işləri əsgərlər tərəfindən görülürdü. Bu da orduda əməyin istismarı, "dedovşina" hallarının yayılmasına səbəb olurdu.

Əsgərlərin hərbidə məişət işləri görməsi həmişə problem olub. Hətta bir müddət öncə "Bizim Yol" qəzetinə müraciət edən Qəbələ rayonunun Zirk kəndinin sakini Məryəm Ələkbərova da oğlu Murad Yusiflini əsgərlikdə incitdiklərini demişdi. O, hərbi hissədə aşpaz olan oğlunun yuxusuz qalıb dayanmadan işləməsinə etiraz etmişdi: "Oğlum digər əsgərlərdən fərqli olaraq öhdəsinə götürdüyü aşpazlıq işinin çətinliyinə, hər gün iki-üç saat az yatmağına baxmayaraq vəzifəsini icra edir. 2 dəfə komandir tərəfindən məzuniyyət alıb. 2014-cü il mayın 9-da təmizlik işinə baxmaq üçün ayrılan əsgər (hər gün bir nəfər ayrılır) Ələkbərov işləmək istəməyib. Növbətçi zabit isə yeməkxanada olmadığından oğlum Murad Ələkbərova yeməkxananı təmizləməyin borcu olduğunu başa salmağa çalışıb. Ancaq Ələkbərov onun sözünü dinləməyib. Nəticədə mübahisə ediblər. Yüngül tutaşsalar da, heç birinə heç nə olmayıb. Komandir isə uşaqların dalaşdığını biləndə növbətçi zabitə irad bildirmək yerinə, əsgərlərin dalaşmasını böyüdüb, “milçəyi fil edərək”, əsgərləri tibbi komissiyaya göndərib".

Məryəm Ələkbərova deyir ki, tibbi komissiya əsgərlərdə heç bir qaraltı, şiş, çapıq olmadığını aşkar edib. Ancaq iş qapanmayıb: "Hal-hazırda iş təhqiqatdan Hərbi Prokurorluğa göndərilib. Mənim övladımın təqsiri nədir? Hər gün 3 dəfə 30-40 insana yemək hazırlayır. Digər əsgərlərdən fərqli olaraq yuxudan bir saat tez durub, bir saat gec yatır.

Hər gün bir nəfər əsgər təmizlik işləri üçün ayrılır. Həmin əsgərindəmi yerinə Murad işləməlidir?!"

Bu kimi misallar göstərir ki, orduda əsgərlərin əməyindən istifadə edilməsinin nəticəsi yaxşı olmur. Bundan sonra müdafiə naziri Zakir Həsənovun yuxarıda qeyd olunan tələbinin icrası nə yerdədir?

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyir ki, nazirin tapşırığı ilə artıq bir çox hərbi hissədə təmizlik və yemək bişirmək işləri mülki şəxslərə həvalə edilib. Onun sözlərinə görə mülki şəxslər işə götürülüb: "Onlar hərbi hissədə müvafiq işləri görürlər. Hərbi qulluqçular həmin işləri görməkdən azad edilir. İş davam etdirilir. Düzdür, bəzi yerlərdə hələ də yemək bişirmək və təmizlik işlərini əsgərlər həyata keçirir. Getdikcə hərbi hissələrdə bu kimi işləri görən əsgər qalmayacaq".

O ki qaldı prosesin nə zaman başa çatacağına, Vaqif Dərgahlı deyir ki, bu hələ bəlli deyil: "Müəyyən vaxt limiti yoxdur. Ancaq hərbi hissələrin hər birində təmizlik və yemək bişirmək işinə mülki şəxslər götürülüb. Bitənə qədər proses davam edəcək. İş intensiv olaraq davam etdirilir".

"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli də deyir ki, mətbəx işlərinin mülki şəxslərə həvalə olunması halına keçilməsi müsbətdir. Çünki orduda baş verən "dedovşina" hallarının səbəblərindən biri də məhz mətbəx və təmizlik işlərinin əsgərlərə gördürülməsidir:

"Bu sovet ordu sistemindən qalma ənənə idi. Ancaq NATO sistemində mətbəx, təmizlik və sürücülük vəzifələri mülki şəxslərə verilir: "Əsgərlər arasında qeyri-nizamnamə hadisələrinin çoxu qeyd edilən istiqamətdə, xüsusən də təmizlik işlərinin aparılması və qidalanma ilə ortaya çıxır. Odur ki, orduda mətbəx işlərinin görülməsi üçün əlavə ştat yeri açıb, orada işləməyə mülki şəxsləri dəvət etmək addımı Azərbaycanda çoxdan gözlənilən idi. Belə işlərə mülki və işini bilən şəxslərin təyin olunmasının nəticəsi də müsbət olacaq".

Ekspert düşünür ki, ancaq təkcə mətbəx işlərinin görülməsi işinin mülki şəxslərə verilməsi ilə kifayətlənmək olmaz. Təmizlik işləri və avtomobillərin idarə olunması işi də mülki şəxslərə verilməlidir: "Bu 3 istiqamət mülki şəxslərə verilsə, orduda xeyli müsbət nəticələr olar".

Cəsur Sümərinli onu da deyir ki, orduda baş verən intihar və digər neqativ hallar müəyyən texniki, təmizlik, yeməkxana və s. işlərin görülməsi ilə bağlı yaranan münaqişələr nəticəsində baş verir: "Ona görə də bu istiqamətdə davamlı addımların atılması zəruridir".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zakir Həsənov zabitlərin hərbi geyimini dəyişir

    Zakir Həsənov zabitlərin hərbi geyimini dəyişir ...

    25-11-2013, 12:19

  • 
  • Zakir Həsənov Ali Baş Komandanın tapşırığına əsasən cəbhə bölgəsində-FOTOLAR

    Zakir Həsənov Ali Baş Komandanın tapşırığına ...

    26-11-2014, 00:07

  • 
  • Nazirdən yeni tapşırıq; UAZ-lar Bakıdan cəbhəyə göndərilir

    Nazirdən yeni tapşırıq; UAZ-lar Bakıdan cəbhəyə ...

    19-11-2013, 11:57

  • 
  • Zakir Həsənovun da ordusunda qırğın dayanmır

    Zakir Həsənovun da ordusunda qırğın dayanmır ...

    25-03-2014, 22:24

  • 
  • Zakir Həsənov bəzi hərbçilərin rütbəsini kiçildib

    Zakir Həsənov bəzi hərbçilərin rütbəsini kiçildib ...

    20-08-2015, 22:06


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu