Kürd özünümüdafiə qüvvələri Suriyanın Kobani şəhərinin ümumi ərazisinin 80 faizindən çoxunu İŞİD döyüşçülərindən geri ala bilib.
gundemxeber.az ANS PRESS-ə istinadən xəbər verir ki, Peşmərgə rəsmilərinin məlumatına görə, bazar ertəsi kürd özünümüdafiə qüvvələri şəhərin mərkəzində yerləşən inzibati dairəni tamamilə ekstrimistlərdən təmizləyib.
Həmçinin İŞİD-ə qarşı uğurlu əməliyyatların Kobaninin cənub-şərqi və şimalında aparıldığı bildirilir. İŞİD əsas şərq cəbhəsindən güclü müqavimət göstərir. Kürd döyüşçülər həmçinin şəhərin strateji əhəmiyyətli Cəbəl-Maştanur təpəsindən qaçmağa vadar edərək, orada xeyli sayda silah-sursat ələ keçirib.
Peşmərgənin əməliyyatlarının effektiv olmasına ABŞ və müttəfiqlərinin hava qüvvələrinin endirdiyi aviazərbələri kömək olur
Sorğu
Yeni dizaynımız necədir?