Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sentyabrın 3-də, Badamdar qəsəbəsində yaşayan Anarə Məmmədova ərizə ilə Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, avqustun 27-dən sentyabrın 1-dək olan müddətdə evində xidmətçilik edən Sevda adlı qadın seyfi öz açarı ilə açaraq 30 min manat oğurlayıb.
Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Sevda Allahverdiyeva tutulub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?