Azərbaycanda Çin vətəndaşına məxsus şirkətdən külli miqdarda pul oğurlanıb.
Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə dekabrın 26-da rayonun Ş.Əzizbəyov küçəsində yerləşən “Viraj Avenue” ticarət mərkəzinin 5-ci mərtəbəsində qeydə alınıb. Çin vətəndaşı Çi İyə məxsus “Tiens” dərman şirkətinin baş ofisində olan seyfin qapısını sındırmaq yolu ilə 39 min manat pul oğurlanıb.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən, oranın işçisi, Xırdalan şəhər sakini Ziya Manafov tutulub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?