GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Səlim Müslümov jurnalistləri şəxsən özü «sifariş» edir? - SƏS YAZISI

Səlim Müslümov jurnalistləri şəxsən özü «sifariş» edir? - SƏS YAZISI

Tarix: 15-10-2014, 11:43 Bölmə :Ölkə Baxış: 500
«Əmək və Əhalinin Sosial Müdafiə naziri Səlim Müslümov tabeliyində olan işçilərin neqativ hərəkətlərini ört-basdır etmək üçün jurnalistlərə qarşı xüsusi ittihamla çıxış etmək barədə tapşırıq verib»
Səlim Müslümov jurnalistləri şəxsən özü «sifariş» edir? - SƏS YAZISI
Bunu «Poliqon» İnformasiya Agentliyninin (pia.az) baş redaktoru Azər Qaramanlı saytımıza verdiyi açıqlamasında bildirib.
Qeyd edək ki, baş redaktora qarşı 25 saylı TSEK-in rəhbəri Fəridə Abdullayeva xüsusi ittihamla məhkəməyə müraciət edib. Növbəti məhkəmə prossesi oktyabrın 16-da Neftçala Məhkəməsində keçiriləcək.
Məsələ ilə bağlı açıqlama verən baş redaktor bildirir ki, ona açıq şəkildə bildirirlər ki, xüsusi ittihamla məhkəməyə müraciət nazir Səlim Müslümovun tapşırığı ilə həyata keçirilib və iddianın geri götürülməsi ilə bağlı Səlim Müslümov şəxsən qərar verməlidir:
«Bu prosses artıq bir neçə aydır ki, davam edir. Əslində bizə qarşı irəli sürülən iddia absurddur və məhkəmənin bu iddianı xüsusi ittiham qaydasında icraata götürməsi qanunvericiliyə ziddir. İddiaçı Fəridə Abdullayeva məhkəməyə verdiyi iddianamədə bildirir ki, güya PİA.AZ saytı onun haqqında həqiqətə uyğun olmayan məlumatları yayıb və sonra da bu məlumatlar ayrı-ayrı xəbər saytlarında və qəzetlər tirajlayıb. Buna görə də, Fəridə Abdullayeva hesab edir ki, biz onun şərəf və ləyaqətini təhqir alçaldan, işgüzar nüfuzuna xələl gətirən hərəkətlərə yol vermişik. Amma biz dərc etdiymiz yazıda «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 saylı qərarında göstərilən qaydada heç kimin şərəfə və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirən hərəkətlərə yol verməməmişik. Buydan başqa isə dövlət məmurunun işgüzar nüfuzundan söhbət gedə bilməz.
Digər tərəfdən bizim dərc etdiyimiz yazı faktiki olaraq Qarabağ müharibəsi Veteranları və Əlilləri Cəmiyyətinin Daşkəsən rayon şöbəsinin sədri Bəxtiyar İsmayılovun şikayəti əsasında hazırlanıb və vətəndaş Bəxtiyar İsmayılovla telefon danışıqları audio yazıya alınıb. Həmin audioyazıları biz istər ictimaiyyətə, istərsə də məhkəməyə təqdim edəcəyik. Yəni faktiki olaraq Qarabağ müharibəsi Veteranları və Əlilləri Cəmiyyətinin Daşkəsən rayon şöbəsinin sədri Bəxtiyar İsmayılov Fəridə Abdullayevaya külli-miqdarda rüşvət verməsi barədə ortada iddiası var və Bəxtiyar İsmayılovun səsyazıları bizdə mövcuddur. Və Bəxtiyar Hacıyev hələ də öz iddasından geri çəkilmir və dəfələrlə bu barədə nazir Səlim Müslümova da müraciət edib. Buna görə də Fəridə Abdullayevanın bizə qarşı irəli sürdüyü iddia absurd xarakter daşıyır və məhkəmənin belə bir iddianı xüsusi itiham qaydasında qəbul etməsi prossesual qaydalara ziddir».
Baş redaktorun bildirdiyinə görə bu məsələ Mətbuat Şurasının da diqqət mərkəzində olub və Mətbuat Şurası Fəridə Abdullayava ilə iddanın geri çəkilməsi ilə bağlı danışıqlar aparıb və razılığa gəlinib:
«Mətbuat Şurası bu məsələ ilə bağlı Fəridə Abdullayeva ilə razılıq əldə etmişdi. Şəxsən mənim çox hörmət etdiyim Mətbuat Şurasının İcraçı katibi Rəhim Hüseynov mənim yanımda Fəridə Abdullayeva ilə danışıb. Fəridə Abdullayeva bildirib ki, əgər bizim tərəfimizdən təkzib verilərsə, o, iddasından geri çəkilə bilər. Mən öz tərəfimdən rəsmi şəkildə bildirirəm ki, biz heç kimə qarşı böhtan və şər kampaniyası aparmamışıq. Ortada şikayətçi tərəf var və biz PİA.AZ olaraq haqlı tərəf olmağımıza baxmayaraq, Fəridə Abdullayevanın qadın olmasını, həmçinin çox hörmət etdiyim Rəhim Hüseynovun xahişini nəzərə alaraq belə bir təkzib verməyə razılıq verdim. Bundan sonra isə Fəridə Abdullayeva verdiyi sözü tutmaqdan imtina etdi. Fəridə Abdullayeva bildirib ki, bu barədə ona nazirin tapşırığı olub və nazirin razılığı olmadan iddasını geri götürə bilməz. Əgər xanım Fəridə Abdullayevanın nazirdən «sifarişi» vardısa, o zaman niyə Mətbuat Şurası ilə danışıqlara gedir və təkzib verilməsini xahiş edirdi?»
Baş redaktor bildirir ki, nazir Səlim Müslümovun «sifarişçi» olması həmçinin nazirliyin mətbuat xidməti tərəfindən də təsdiqlənib:
«Bundan sonra mənə yaxın olan jurnalist dostlarımdan biri Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayevlə əlaqə saxlayıb. Elman Babayev bildirib ki, bu məsələ barədə ancaq nazir Səlim Müslümov şəxsən qərar verə bilər və hazırda nazir ABŞ-da səfərdə olduğundan geri döndükdən sonra bu məsələ öz həllini tapa bilər. Nazir geri döndükdən sonra isə, Elman Babayev bildirdi ki, qərar nazirin sentyabrın 26-da Gəncədə vətəndaşları qəbul etməsindən sonra veriləcək.
Cənab nazir Gəncədə vətəndaşları qəbul etdikdən sonra isə dondurulmuş məhkəmə işi yenidən aktivləşdirildi. Onu da qeyd edim ki, nazir Səlim Müslümovun Gəncədə Fəridə Abdullayeva ilə görüşməsi ilə bağlı məlumatımız var. Bu görüşdən sonra isə məhkəmə işinin yenidən dövriyəyə qaytarılması nazirin bu işdə «sifarişçi» olduğunun daha bir göstəricisidir».
Baş redaktor həmçinin bir nazirin mətbuata qarşı bu mövqeyindən təəssüf hissi keçirdiyini bildirib:
«Doğrusu Səlim Müslümovun mövqeyi məni təəccübləndirir. Bir nazirin öz işçisinə qarşı vətəndaşın və Qarabağ qazisinin həddindən artıq ciddi iddaları olduğu halda nazirin məsələni araşdırmaq əvəzinə mətbuatı cəzalandırmaq istəməsi ancaq təəssüf hissi doğura bilər. Belə çıxır ki, nazir korrupsiyanın və rüşvətxorluğun inkişafına rəvac verir və bütün imkanları ilə bu barədə yazan mətbuatı cəzalandıraraq susdurmağa çalışır.
Onu da qeyd edim ki, Səlim Müslümov nazir postuna gətirilirkən populistcəsinə verdiyi vədlərinin heç birinin üzərində dayanmadı. Nazir bildirmişdi ki, prezidentdən aldığı tapşırığa əsasən nazirlikdə baş alıb gedən neqativ hallara qarşı ciddi mübarizə aparacaq. Ancaq ortada olan mənzərə tamamilə başqadır. Bu gün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi əhalinin ən çox şikayətçi olduğu nazirlikdir və şikayətlərin sayı sabiq nazir Füzuli Ələkbərovun zamanında olduğundan daha çox artıb. Bu gün mətbuatın ən çox neqativ yazılar yazdığı nazirlik də məhz Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyidir.
Demək ki, nazir Səlim Müslümov öz işçilərinin neqativ hallarının qarşısını almaq istəmir və çıxış yolunu mətbuatı cəzalandıraraq susdurmağa çalışır. Amma bu vətədaşların şikayətlərinin qarşısını almaq üçün heç də yetərli üsul deyil. Çünki vətəndaşlar nazirliklə bağlı şikayətlərini təkcə mətbuata ünvanlamırlar, həmçinin prezident İlham Əliyevə və Prezident Adminstrasiyasna da ünvanlayırlar.
Ona görə də hesab edirəm ki, nazir Səlim Müslümov vətəndaşların şikayətlərinin qarşısının alınması üçün rəhbərlik etdiyi qurqmda tədbirlər həyata keçirməlidir. Güman edirəm ki, bununla bağlı aşkarlıq və şəffalıq mühiti yaradılarsa, mətbuat nazirə hər cür yardım göstərməyə hazırdır».
Qarabağ müharibəsi Veteranları və Əlilləri Cəmiyyətinin Daşkəsən rayon şöbəsinin sədri Bəxtiyar İsmayılovla telefon danışıqlarının birinci audio yazısını ictimaiyyətin diqqətinə çatdırırıq:


pia.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səlim Müslümov yeni rəis təyin etdi

    Səlim Müslümov yeni rəis təyin etdi ...

    18-11-2013, 14:47

  • 
  • Səlim Müslümov daha bir məmuru cəzalandırdı – Görüşdə

    Səlim Müslümov daha bir məmuru cəzalandırdı – ...

    6-12-2013, 15:00

  • 
  • Səlim Müslümov Əhməd Davudoğlu ilə görüşüb

    Səlim Müslümov Əhməd Davudoğlu ilə görüşüb ...

    17-04-2015, 15:35

  • 
  • Səlim Müslümov şöbə rəisini işdən çıxartdı

    Səlim Müslümov şöbə rəisini işdən çıxartdı ...

    11-02-2014, 14:45

  • 
  • Nazir Səlim Müslümov işdən çıxarıldı

    Nazir Səlim Müslümov işdən çıxarıldı ...

    7-10-2015, 12:46


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (115)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu