Gülağa Aslanlı: ““Belə görünür ki, bu hadisəni hakimiyyət özü təşkil edib, indi də özü bildiyi kimi və özünə lazım olan istiqamətdə araşdırmalar aparır”
Bu il yanvarın 13-ü Lənkərana səfər zamanı Müsavat Partiyası başqanı İsa Qəmbərə və partiya nümayəndə heyətinə qarşı baş vermiş cinayət faktının araşdırılması haqda bizə hər-hansı informasiya verilməyib. Bu barədə Turan-a partiya funksioneri Gülağa Aslanlı bildirib. O qeyd edib ki, hadisə baş verən zaman Daxili İşlər Nazirliyinə xəbər verib. Amma DİN bu barədə hər-hansı addım atmayıb. Bakıya qayıtdıqdan sonra ölkə prokurorluğuna müraciət edilib, amma indiyə kimi bu müraciətə reaksiya verilməyib. Bundan əlavə, vəkil Nemət Kərimov hadisə zamanı zərər vurulan avotmobillərin ekspertziadan keçirilməsi üçün müraciət etsə də, bu müraciətə də cavab yoxdur. “Belə görünür ki, bu hadisəni hakimiyyət özü təşkil edib, indi də özü bildiyi kimi və özünə lazım olan istiqamətdə araşdırmalar aparır”, - deyə G.Aslanlı Daxili İşlər Nazilriyinin bu cinayət hadisəsilə bağlı araşdırma aparılması haqda açıqlamalarına münasibət bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?