“Qubad İbadoğlu tərəfindən MNTK-ya təqdim edilən şikayət deyil, arayışdır. Bunu guya MNTK-ya hansısa şikayətin verilməsi kimi şişirtmək doğru deyil”.
Bu sözləri APA-ya açıqlamasında Müsavat başqanının müavini Gülağa Aslanlı deyib.
Xatırladaq ki, Müsavat Məclisinin bəyanatında qurultaydakı seçkilərin nəticələrindən narazı qalanların iddiaları əsassız hesab edilib, üzvlərdən partiya rəhbərliyinə səslənən ittihamlara son qoymaq tələb olunub. Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlu isə bu bəyanatı Mərkəzi-Nəzarət Təftiş Komissiyasına təzyiq kimi qiymətləndirib.
G. Aslanlı isə bildirib ki, Müsavat Məclisinin bəyanatı hüquqi yox, siyasi bəyanatdır və buna görə də narahatlığa əsas yoxdur: “MNTK-nın qərarı isə hüquqi sənəddir. Qubad İbadoğlunun təqdim etdiyi arayışa da cavab veriləcək. Əslində arayışa veriləcək cavabın hüquqi olmasını gözləmək bir o qədər də doğru deyil. Bəyanatla isə kiminsə razı olub-olmaması təbiidir”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?