Yevlaxda baş verən ağır yol qəzasında 3 yaşlı uşaq həyatını itirib, 3 nəfər yaralanıb.
gundemxeber.az El TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun 281-ci kilometrliyində, Yevlax rayonu ərazisində qeydə alınıb.
Şaiq Türen oğlu Zinharovun idarə etdiyi "Mercedes" markalı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən Rəhman Yaqub oğlu Əliyevin idarə etdiyi, Yevlax istiqamətində hərəkətdə olan "VAZ 21 06" markalı minik maşını ilə toqquşub. Toqquşma nəticəsində "VAZ 21 06"dakı sərnişin, 2012-ci il təvəllüdlü Hüseyn Teymur oğlu Yusifzadə hadisə yerində dünyasını dəyişib. Avtomobildəki digər sərnişinlər- 2002-ci il təvəllüdlü Sabir Teymur oğlu Yusifzadə, 1950-ci il təvəllüdlü Rəhman Yaqub oğlu Əliyev və 1950-ci il təvəllüdlü Fəridə Zeynalova müxtəlif bədən xəsarətləri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqatlar Şöbəsində araşdırma aparılır.
Sorğu
Yeni dizaynımız necədir?