Kanadanın paytaxtı Ottavada naməlum silahlı şəxs parlamentin qarşısındakı Milli hərbi memorialın yaxınlığında atəş açıb, sonra isə qaçaraq parlamentin binasına daxil olub.
BBC-nin verdiyi xəbərə görə, binaya daxil olan cinayətkar burada təxminən 30 dəfə atəş açıb.
Son məlumata görə, silahlı şəxs artıq öldürülüb. Atışma zamanı hərbçilərdən birinin yaralandığı bildirilir.
Ölkənin baş naziri Stiven Xarper dərhal parlamentdən təxliyə edilib.
Qeyd edək ki, ötən gün Kanada hakimiyyəti ölkədə terror təhlükəsinin səviyyəsini “aşağı”dan “orta”ya dəyişib (APA)
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?