Bakıda məşhur “Grandmart” marketlər şəbəkəsinin mağazalarından biri qarət edilib.
Report.az saytının hüquq-mühafizə orqanlarından əldə etdiyi xəbərə görə, Nizami rayonunun Bəhruz Nuriyev küçəsində yerləşən mağazadakı kassadan 65 min manat pul aparıblar.
Hadisə vaxtı mağazada gözətçi olmayıb. Kamera görüntülərinə əsasən, qarətçilər maskalı olub. Kassadan aparılan pulun mağazanın bir günlük "vıruçkası" olduğu bildirilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?