Bir neçə gün öncə Şirvan şəhəri, Xəqani 88 ünvanında yerləşən və Şamil Famil oğlu Abıyevə məxsus “Ata” marketdən oğurluq edən şəxsin videosu telekanalların, informasiya satlarının əsas xəbərinə çevrildi. Mağazanın təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərdə oğrunun mağazaya çox rahat şəkildə daxil olub oranı qarət edərək ərazini təsələmədən tərk etdiyi əks olunurdu. Hüquq mühafizə orqanları həmin videonu izləyərək belə qənaətə gəliblər ki, oğrunun arxayınlığı onun mağaza qarət etməsi vərdişindən irəli gəlir. Polisin bu zənni düz çıxıb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə Şirvan, Hacıqabul, Sabirabad Rayon Polis şöbələrinin keçirdiyi birgə əməliyyat tədbiri nəticəsində Şirvan şəhər sakinləri 1982-ci il təvəllüdlü Mahir Mirzə oğlu Tağıyev və 1988-ci il təvəllüdlü Nahid Fərhad oğlu Vəliyev saxlanılıb. Onların yaşadığı mənzilə baxış keçirilib və mağazalardan oğurlanan müxtəlif növ ərzaq malları, geyim aşkar edilərək götürülüb. M.Tağıyevin mənzilindən götürülən mallar sırasında “Ata” marketdən oğurlananları da olub. Saxlanılan M.Tağıyev “Ata” marketi qarət etdiyini gizlətməyib. Saxlanılan şəxslər Şirvan şəhərində 1, Hacıqabulda 4, Sabirabad 4 mağazanı qarət etdiklərini etiraf ediblər. Tutulanların Salyan rayonunda da mağazalardan oğurluq etmələri ehtimal edilir. Dəstənin hələlik 2 üzvü yaxalanıb 1 nəfər isə qaçaraq gizlənib. Dəstənin başqa üzüvlərinin olması da güman olunur. Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?