İngiltərədə Baz adlı yeddi yaşındakı pişik “”Hitlerə bənzədiyi” üçün işgəncəyə məruz qalıb. Hücum edən şəxslərin kim olduğu tapılmasa da, pişik işgəncə nəticəsində sol gözünü itirib. Hazırda pişik müalicə olunur və vəziyyəti yaxşılığa doğru gedir. “Daily Mail”in xəbərinə görə, burnunun alt hissəsində tüklərin olmasına görə Hitlerə bənzədilən pişik ölmək üzrə ikən zibil qutusunda tapılıb. Bazın sahibi 26 yaşlı Kristi Sparrou deyib ki, bu hadisə 5 ay bundan öncə baş verib: “Gözü tamamən yaxşılaşıb və keçmişlə müqayisədə vəziyyəti daha da ağırlaşdı. Bir çox insan onun Hitlerə bənzədiyini düşünür. Ancaq o, çox ürkək və mədənidir. Yaşadıqlarından sonra heç də əsəbi olmadı, bu, çox qəribədir. Bağçada dayansa da, bayıra çıxdığı üçün özünü çox xoşbəxt hiss edir”.
Bazın müalicəsi üçün İngiltərənin bir çox bölgəsindən pul yardımı göndərilib. Sahibəsi deyir ki, pişiyi Hitlerə bənzəyirsə, bu, onun suçu deyil: “Özü də çox şirindir. O, hər zaman belə idi. Niyə kimsə bir heyvana qarşı belə bir pislik edər, anlamıram”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?