Qalmaqalı insan özü yaratmır. Bu insanın istəmədiyi zamanda baş verir. Mən həyatda da davanı sevməyən biriyəm. Ara qarışdırım, kiminsə sözünü başqasına çatdırım, məndə yoxdur. Özümü qorumağa çalışıram. Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Sevda Yahyayeva "Star life" verilişinə açıqlamasında deyib.
Sənətçi işləri ilə gündəmdə qalmağa çalışdığını bildirib:
"Unudulmaq istəmirəm, buna görə də daim üzərimdə çalışıram. Göstərirəm ki, gündəmdə yeni işlərlə də qalmaq olur".
S.Yahyayeva onu zəif adlandıranlara da cavab verib:
"Qətiyyən zəif deyiləm. Əslində, çox güclüyəm. Heç vaxt bu gücümdən kiminsə pisliyinə istifadə etmərəm. Həmişə ilk özümə güvənirəm. Hər kəslə gözəl münasibət saxlayıram. Düşmənim yoxdursa, niyə qorxmalıyam?"
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?