Yeniaxtaris.az-a daxil olan məlumata görə, neçə müddətdir Qusar rayon İcra hakimiyyətinin başçısı Alxasov Şair rayon sakinlərini narazı salacan qərarlar verməkdədir. Bizə verilən məlumatda deyilir ki, Ş. Alxasov rayonun turizm zonasında yerləşən torpaqları Qusar əhalisinə satmaqdan imtina edib. İddiaya görə, başçının rayon bələdiyyə sədri Əlfəddin İbrahimova verdiyi qeyri-rəsmi tapşırığa əsasən turizm zonasına yaxın ərazilərdəki, xüsusilə yol kənarlarındakı torpaq sahələri sotu 10 min manatdan satışa çıxarılıb. Üstəlik fantastik dərəcədə baha qiymətə satılan bu torpaqları əslən Qusardan olan Azərbaycan vətəndaşlarının alması da qadağan olunub. İddiaya görə, torpaq sahələri əsasən Quba rayonundan olan sahibkarlara satılıb.
Yerli əhalinin bələdiyyə sədrinə məsələ ilə bağlı dəfələrlə müraciəti olsa da, vəziyyət dəyişməyib. Məlumatı Yeniaxtaris.az-a verən mənbə bildirib ki, hətta bələdiyyə sədri Ə. İbrahimov əhalinin hər müraciətində onlara "mənlik deyil, mən burda maklerəm" deyə başçı Alxasovu işarə verib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?