Sumqayıt Şəhər Bələdiyyəsinin sədri , akademik tutullu Əbülfəz Babayev tutduğu vəzifədən kənarlaşdıması haqqında “Gündəm xəbər” ə məlumat daxil olub. Sumqayıt şəhərinə 3 ay bundan əvvəl təyin olunun İH başçısı Zakir Fərəcovun çoxsaylı cəhdlərinə baxmayaraq bələdiyyə sədri Ə.Babayevi kreslosundan tərpətmək mümkün olmamışdı. Qeyd edək ki, bələdiyyə seçkili qurum olduğundan, bu quruma İH başçısının təsir dairəsi məhduddur.
Sumqayıt İH başçısı Z.Fərəcovun tapşırığına əsasən bələdiyyə daxilində qruplaşma yaradılaraq şura çağırılmış, səs çoxluğu ilə bələdiyyə sədri Ə.Babayev istefaya göndərilib. Sumqayıt bələdiyyəsindən qəzetimizə verilən məlumata görə İH başçısı Z.Fərəcovun istəyinə uyğun bələdiyyə sədri seçiləcək. Xatırladaq ki, Sumqayıt şəhər bələdiyyəsinin 19 üzvü var. Həmin üzvlər Sumqayıtın sabiq İH başçısı, Eldar Əzizovun “təyinatı” üzrə seçilib.
Sumqayıtın sabiq İH başçısı E.Əzizov zamanında çox çalışsa da Ə.Babayevi tutduğu vəzifəsindən uzaqlaşdıra bilməmişdi..., buna səbəb Bələdiyyə sədrinin Sumqayıt İH-in qarşısındakı Bələdiyyə Parkına kağız üzərində 2 milyon manat silməsi olmuşdu. Başçı ilə bələdiyyə sədri arasında gedən kəskin konflikt zamanı Naxcıvan “xanı” Vasif Talıbov Ə.Babayevin harayına yetişmişdi...Həmin anda münaqişənin yoluna qoyulması(razborka) Bakı şəhərində hansısa şirkətin ofisində baş tutmalı idi. Sonradan “görüş” yeri kimi Novxanı çimərliyində yerləşən pristij “Kalyon” restoranında baş tutmuşdur. Görüş zamanı V.Talıbov E.Əzizova təpinərək məsələni yoluna qoymuşdu.
İndi deyəsən, “daş qayaya rast gəlib”... Hal-hazırda Sumqayıt bələdiyyəsinə rəhbərlik sədr müavini Sultan Əsədova tapşırılıb. O da sədrliyə namizədlərdəndir.
Sonda Sumqayıt İH-da olan mənbənin verdiyi məlumata görə Sumqayıt ərazi vahidliyinə daxil olan torpaq sahələri talan edilərək satılıb. İH-ın Nazirlər Kabinetinə müraciətindən sonra Abşeron ərazisinə aid torpaq sahələrindən Sumqayıt ərazi vahidliyinə veriləcəyi gözlənilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?