“Etibarlı mənbələrdən məlum olub ki, bu günlərdə yuxarı hakimiyyət dairələrində Ermənistan respublikası eks energetika və təbii sərvətlər naziri Armen Movsiyanın taleyi həll olur”. ANS PRESS-in məlumatına görə, bu sözlər yerli qəzet “Aykakan Jamanak”da yazılıb. Qəzet iddia edir ki, yuxarı dairələrdə onun həbs olunması və ya olunmamasını müzakirə edirlər. Bununla əlaqədar olaraq hökumətin nəzarət və hüquq-mühafizə orqanları bu günlərdə Movsiyanın nazir kimi uzunmüddətli fəaliyyətini ətraflı öyrənməyə çalışır və hakimiyyətin ən üst nümayəndələri üçün hesabat hazırlayırlar. Lakin, qəzet hakimiyyət elitasının Armen Movsiyanı cəzalandırmaq istəyinin nə ilə əlaqədar olduğunu çatırmaqda acizdir. Qeyd edək ki, Armen Movsiyan hazırda prezident Serj Sarkisyanın müşaviridir.
Sorğu
Yeni dizaynımız necədir?