Ermənistanın yeni prezidenti Armen Sarkisyan olacaq
Ermənistan prezidenti Serj Sarkisyan bu gün hakim Respublika Partiyasından ölkənin növbəti prezidenti vəzifəsinə namizədinin adını elan edib. Bu namizəd Ermənistanın Böyük Britaniyada və İrlandiyadakı səfiri Armen Sarkisyandır. Bu barədə bu gün Serj Sarkisyan bildirib. Seçkilər martın 2-də keçiriləcək. Ermənistanın 7 il müddətinə yeni prezidentini parlament seçəcək. Armen Sarkisyan 23 iyun 1953-cü il tarixində Yerevanda dünyaya gəlib. Yerevan Dövlət Universitetinin fizika və riyaziyyat fakultəsini bitirib. 1992-1995-ci, 1998-2000-ci illərdə və 2013-cü ildən etibarən Ermənistanın Böyük Britaniyada səfiri vəzifəsini tutub. Həmçinin, Aİ-də, Belçikada, Niderlandda, Lüksemburqda və Vatikanda səfir olub. 1995-96-cı illərdə Ermənistanın Aİ missiyasına rəhbərlik edib. 1996-cı ilin noyabrından 1997-ci ilin fevralına qədər Ermənistanın baş naziri olub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?