GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » "Var gücləri ilə öz vəzifələrindən istifadə edərək..." - Deputat Adil Əliyevi kimlər qəzəbləndirib?

"Var gücləri ilə öz vəzifələrindən istifadə edərək..." - Deputat Adil Əliyevi kimlər qəzəbləndirib?

Tarix: 11-11-2014, 14:46 Bölmə :Ölkə Baxış: 0
"Var gücləri ilə öz vəzifələrindən istifadə edərək..." - Deputat Adil Əliyevi kimlər qəzəbləndirib?

Millət vəkili, Azərbaycan Kikboksinq Federasiyasının rəhbəri Adil Əliyev özünün facebook səhifəsində çox maraqlı bir statusla çıxış edib. Özünə yönəlik bir sıra ittihamlara cavab olan və bir necə ciddi problemlər toxunulan həmin statusu təqdim edirik:

"Dostlar, uşaqlıqda "Ofsayt Absətəli” adlı bir əsər oxumuşdum. Səhv etmirəmsə, müəllifi Seyfəddin Dağlı idi. Çox maraqlı, qəribə süjet xətti olan bu əsərin qəhrəmanı Absətəli dostlari ilə yeyib-içərkən qərara gəlirlər ki, axşam futbola tamaşa etməyə getsinlər.

Axşam olur, dostlari Absətəlini də götürərək, stadiona təşrif buyururlar. Ömründə futbol nə olduğunu bilməyən, stadion görməyən qəhrəmanımız minlərlə insanın tribunalarda əyləşərək, kimlərisə gözlədiklərini görür və ani fikrə dalaraq, nə edəcəyini fikirləşməyə başlayır. Sağa baxır, söhbət filan futbolçunun başla gözəl qol vurmasından, sola baxır Peledən, arxaya baxır Qarrinçadan, irəli baxır Yaşindən söhbətlər-polemikalar gedir. Özünü tanıyandan həmişə məclislərdə çənə-boğaz edərək, heç kimə ağız açmağa imkan verməyən Absətəli stadionda susurdu. Dostları təəccüb və təşvişlə ona baxırlar ki, əşi, buna nə olub görəsən, bəlkə xəstələnib? Axı heç kim onun bu qədər susduğunu görməmişdi. Canıyanan dostları haradan biləydilər ki, Absətəlinin futbol barəsində təsəvvürü bələ yoxdur.

…Futbol başlayır, qəhrəmanımız görür ki, yarıçılpaq kişilər bir dənə topun arxasıyla o tərəfə qaçır, bu tərəfə qaçır. Nə qədər baxırsa da, bir şey anlaya bilməyən qəhrəmanımız qəfildən sanki bomba kimi partlayan izdihamın uğultusundan səksəkəyə düşür. Qol vurulmuşdu. Qolun nə olduğunu bilməyən Absətəli, camaatın nədən bələ sevinərək bir-birini qucaqladığını, çığır-bağır salmağını dərk etməyə çalışarkən, arxa oturacaqda oturan tamaşaçılardan birinin qolun "ofsaytdan” vurulduğunu iddia etdiyini eşidir. Nə isə, hakim mərkəzı göstərir, futbol təzədən qızışır. Futbolçularımız bir müddətdən sonra ikincı qolu rəqib qapısından keçirirlər. Yenə çığır-bağır, hay-küy….Tamaşaçıların uğultusu kəsilən kimi, Absətəli cuşa gələrək "afsay-afsay” deyə bağırmağa başlayır. Anidən bütün tamaşaçıların nəzərləri ona yönəlir. Kimi qışqırır ki, nə "afsayt”, kimi deyir sən dəlisən və s…. Əlqərəz, dünyanı Absətəlinin başına dar edirlər, lakin necə deyərlər, qatar artıq getmişdi və Absətəli məşhurlaşmışdı. Hətta, sonralar teleaparıcılar da məşhur futbol azarkeşi "Ofsayt Absətəli”dən danışmağa başlayırlar. İş o yerə çatır ki, hamı onu "azarkəşlərin etalonu” adlandırırlar və "Ofsayt Absətəli” 1 nömrəli azarkeşə və futbol fanatına çevrilir. Bütün ictimaiyyət özlərini və digərlərini inandırmağa çalışırlar ki, "Absətəli ” yekdir, vəssalam.

Dostlar, bu əsəri xatırlamaqla məqsədim sizləri düşündürməkdir. Milli mətbuatımızın banisi H.B.Zərdabi "Əkinçı” qəzetini ərsəyə gətirənə qədər necə böyük çətinliklərlə üz-üzə qaldığını bilən də var, bilməyən də. Zərdabi nə istəyirdi? İstəyirdi ki, xalq maariflənsın, özünü dərk etsın, mətbuat vasitəsı ilə dərdini izhar edə bilsın və s. Bildiyiniz kimi Zərdabi "Əkinçı” qəzetini, hələ 1870-ci ildə yaratmaq istəyirdi. Çoxlari bəlkə də hələ bilmir ki, 1870-cı ildə Bakida ermənilərin 17 adda qəzetləri çıxırdı. Rəhmətlik Zərdabi 1870-cı ildə özünə dost bildiyi, ermənicə çap olunan "Mişak” qəzetinin redaktoru Qriqori Arzuruna müraciət edir ki, azərbaycanlıların ilk qəzetini yaratmaq fikrindədir. Özünə dost bildiyi bu ermənidən məsləhətlər almaq istəyir. Lakin bu erməni öz "Mişak” qəzetində hay-küy salaraq, aləmə car çəkir ki, müsəlmanlar, türklər qəzet açır və s… Zərdabinin arzusunu reallaşmağa imkan vermirlər. Güc-bəla ilə 1875-cı ildə "Əkinçı” qəzetinin çapına nail olan Zərdabiyə ancaq ermənilər mane olurdu, ya da ki ermənilərin havadarları. Hamıya bəllidir ki, ermənilər "Əkinçı” qəzetini bağlatdırmağa nail olsalar da necə deyərlər, qatar getmişdi….”Əkinçı” adını Zərdabi elə-belə seçməmişdi, ilk "cücərti” toxumunu torpağa məhz əkinçı səpir.

Zərdabi ermənilərə və havadarlarına təlqin edirdi ki, toxumu səpdik, cücərtini əldə etdik və xalq öyrəndi. Xalq öyrəndi ki, ermənilər onun düşmənidir və heç bir zaman onu uğurlarına sevinməyəcək.

…Lakin indi, müasir dövrümüzdə Zərdabinin qoyduğu ənənələr hərdən başqa səmtlərə yönəlir. Maşallah, gündə bir internet saytı, xəbər portalı yaranır. Çox əcəb, çox pakizə. Elə bir ziyalı yoxdur ki, səhər yuxudan duran kimi çay-qəhvə içə-içə internetdən xəbərlərə baxmasın. Bizlər də ləyaqətli insanlar kimi xalqımızın-dövlətimizin uğurlarına sevinir, hansısa kədərinə şərik çıxırıq. Təəssüflər olsun ki, bəzı saytlar işlərini-güclərini ataraq "bu sayt filankəsindi, o sayt bəhmankəsindi” deyə ara qatmağa çalışır. Bəzi hörmətli və imkanlı insanlar da bu yalanları araşdırmadan, inanırlar. Sonra da var gücləri ilə öz vəzifələrindən və imkanlarından istifadə edərək, günahsız adama pislik edirlər.

Cəfər Cabbarlının "Almaz” əsərində kimlərinsə hər dəqiqəbaşı "Ocaqqulunun qatırı axsaqdır” demələri, iddia etmələri yadıma düşür. Bu iddialardan canı boğazına yığılan Ocaqqulunun bağıraraq, "Qatırı axsaq olanın atasına lənət” deyə qışqırsa da, inanan olmur ki, olmur. İndi də mən deyirəm ki, saytı və qəzeti olanın atasına lənət olsun. Sizləri inandırım ki, elə bir jurnalist yoxdur ki, onun yazılarına nəzər yetirməyim. Analitik yazıları oxuyarkən, elə jurnalistlərimız var ki, onların təxəyyülünə mat qalmamaq olmur. Təbii ki, sevinmək lazımdır ki, artıq dərindən təhlil etmək bacarığı olan neçə-neçə jurnalistlərimız yetişıb.

Xahış edirəm, məni düzgün başa düşəsıniz. İstərdim ki, jurnalistlər Zərdabini unutmasınlar, onun o dövrdə təkbaşına erməni jurnalistləri ilə necə mübarizə apardığını hamı bilməli-öyrənməlidir. Axı Zərdabi millət uğrunda savaşırdı, qərəzçilikdən uzaq idi. Bu amilləri nəzərə alaraq qələminizı süngü edib, düşmənlərimizi faktlarla ifşa edin, onları yerində oturtmağa çalışın. Düşmənlərimizi yerində oturtmağa çalışan və buna nail olan çoxlu-çoxlu sayda jurnalistlərimız də var ki, onların qarşısında baş əyirəm və fəxr edirəm.

Tövsiyə edirəm ki, tez-tez Zərdabinin mübarək qəbrini ziyarət edək, vəsiyyətlərinə əməl edək. Onda, nə Absətəlilərdən yalançı qəhrəmanlar düzəltməyəcəyik, nə də ki, Ocaqqulunun qatırının axsaq olduğunu iddia etməyəcəyik”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Adil Əliyev istefaya göndərildi

    Adil Əliyev istefaya göndərildi ...

    4-02-2020, 13:28

  • 
  • MİLLİ MƏCLİSİN ÜZVÜ ADİL ƏLİYEVƏ VƏ ONUN “MEDAL”INA CAVAB!

    MİLLİ MƏCLİSİN ÜZVÜ ADİL ƏLİYEVƏ VƏ ONUN ...

    18-04-2019, 13:30

  • 
  • Adil Əliyevin “Heydər Əliyev kuboku” yalanı ifşa olundu

    Adil Əliyevin “Heydər Əliyev kuboku” yalanı ifşa ...

    13-05-2014, 10:30

  • 
  • “ORDA EVLƏR SULUTƏPƏDƏN UCUZDUR” – Karlovı Varıda evi olan deputat

    “ORDA EVLƏR SULUTƏPƏDƏN UCUZDUR” – Karlovı Varıda ...

    26-01-2017, 22:42

  • 
  • ​"Bəsdir daha, ağaclar da baxır, hamı taxır..." - Elza Seyidcahan YENİ ŞEİR YAZDI

    ​"Bəsdir daha, ağaclar da baxır, hamı ...

    24-04-2019, 16:00


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (140)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu