Los-Anceles şəhərində “Armenian Power” (Erməni gücü) cinayətkar qruplaşmasının sonuncu başçı, 39 yaşlı Mqer Darbindyana hökm oxunub.
Avropa.info xəbər verir ki, "Hollivud Maykı", "Kapone" təxəllüslü Darbinyan 57 maddə üzrə təqsirli bilinib.
O, həmyerlisi biznesmen Minas Matosyanı qarət etməkdə günahlandırılır. Tərəfdarları ilə bank kartları ilə bağlı fırıldaqçılıqda, qanunsuz silah saxlamaqda ittiham olunub.
Hakim erməni mafioza prokurorun tələb etdiyi ən ağır cəzanı – 32 il həbs verib. “Armenian power” mafiya qruplaşmasının işi üzrə ümumilikdə 90 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 87-i məsuliyyətə cəlb olunub, 2 nəfər axtarışdadır.
Sorğu
Yeni dizaynımız necədir?