GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bakıdakı məxfi ABŞ-İran danışıqları - gerçəkmi?

Bakıdakı məxfi ABŞ-İran danışıqları - gerçəkmi?

Tarix: 12-11-2014, 12:36 Bölmə :Ölkə Baxış: 0
Bakıdakı məxfi ABŞ-İran danışıqları - gerçəkmi?

Tehran və Vaşinqton Bakıda danışıqlar aparılması xəbərini tez-tələsik təkzib etsələr də, iki ölkə rəsmiləri arasında müxtəlif səviyyələrdə təmaslar davam edir
“London Times” qəzeti Bakıda məxfi ABŞ-İran danışıqlarının getməsi haqda xəbər yayıb. Virtualaz.org saytının məlumatına görə, danışıqların birinci raundu İran və Amerika rəsmiləri arasında ötən həftə olub. Tərəflər ABŞ-la İran arasında nüvə razılaşması əldə olunacağı təqdirdə 1979-cu ildə kəsilmiş diplomatik münasibətlərin bərpasına dair müzakirələr aparıblar.
“London Times” xəbər verir ki, tərəflər nüvə anlaşmasına yaxındır və bu səbəbdən ABŞ-la İran rəsmiləri nüvə anlaşmasının əldə olunmasının ardınca ikitərəfli diplomatik münasibətlərin bərpası məsələsini müzakirə edirlər.
Mənbə bildirib ki, Bakı danışıqlarında mövzu ABŞ-ın Tehranda ticarət nümayəndəliyinin açılması barədə olub. Adının açıqlanmasını istəməyən İran rəsmiləri qəzetə bildiriblər ki, danışıqların növbəti raundu bu həftə yenidən Bakıda keçirilsin. Tehranı həmin danışıqlarda İranın qlobal ticarət Bürosunun rəhbəri Məhəmməd Rza Səbzəlipur təmsil edəcək.
Ancaq ABŞ Dövlət Departamenti Bakıda məxfi İran-Amerika danışıqlarının getdiyinə dair xəbəri təsdiqləməyib. Dövlət Departamentindəki mənbə İranda ticarət ofisinin açılmasına dair heç bir danışıqların getmədiyini, Səbzəlipur adlı İran rəsmisi ilə təmasların olmadığını bildirib.
Tehran Beynəlxalq Ticarət Palatasının rəhbəri Məhəmmədrza Səbzəlipur Trend-ə açıqlamasında bildirib ki, İranda heç bir ABŞ ticarət ofisinin açılmasında vasitəçilik etmir və ümumiyyətlə, Azərbaycanda müzakirələr üçün nümayəndə heyətinə başçılıq etmir. M.Səbzəlipur deyib ki, o, Bakıda yaxın vaxtlarda səfərdə olmayıb və İran nümayəndə heyətinin tərkibində də deyil. ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə yayılan məlumatı təkzib ediblər və bildiriblər ki, nəşrin yaydığı məlumatda da ABŞ tərəfinin təkzibi qeyd olunub.
Ancaq hər iki tərəfin tez-tələsik bu məlumatı təkzib etməsi maraq doğurur. Bu, onu göstərir ki. Bakıda danışıqların olması ilə bağlı məlumat bir mənada həm də iz azdırmaq məqsədli ola bilər. Çünki hal-hazırda İran və Qərb ölkələri arasında aktiv nüvə danışıqları davam edir və bundan başqa keçən ay Obama da İran ali dini liderinə məktub yazıb. Bu və digər detallar təsdiqləyir ki, hazırda İran və ABŞ arasında danışıqlar prosesi davam edir, sadəcə detallar gizli saxlanılır.
Qeyd edək ki, İranla ABŞ arasında gizli danışıqlar haqda ilk dəfə xəbərlər bir müddət əvvəl gündəmə gəlib. Həmin vaxt amerikalı rəsmilər Vaşinqtonla Tehran arasında məktublaşmaların olduğunu etiraf ediblər. Ümumiyyətlə, Vaşinqtonun birbaşa olmasa da vasitəçilər vasitəsilə İranın nüvə proqramı ilə bağlı danışıqlar apardığı əvvəldən də bilinirdi. Qərb mediasının yazdığına görə, Tehran-Vaşinqton arasında nüvə danışıqlarının əsas vasitəçilərindən biri Oman sultanı Qabus ibn Səid olub. Hələ 2011-ci ildə məhz Oman sultanının vasitəçiliyi ilə İranla ABŞ arasında gizli nüvə danışıqları başlayıb. İrana hərbi müdaxiləni əlverişsiz sayan Vaşinqton rəhbərliyi Tehranla gizli şəkildə və vasitəçilərlə danışıqlara maraq göstərib.
Omanda keçirilən danışıqlar İran və Vaşinqton arasında nüvə təmaslarının başlanğıcı hesab olunur. Artıq 40 ildən çoxdur Omanı idarə edən sultan Qabus Yaxın Şərqin dünyəvi cizgili ərəb liderlərindən biridir. Qərb təhsilli sultana Amerikanın etimadı ilə yanaşı, görünür, Omanın həm aqressiv ərəb rejimləri ilə müqayisədə daha çox mötədil lider təsiri bağışlaması olub.
Xatırladaq ki, ötən il noyabrın 21-də İran və “altılıq” ölkələri arasında nüvə məsələsi ilə bağlı ilkin razılaşma əldə olunub. Hazırda isə danışıqların həlledici raundu davam edir və noyabrın 24-də yekun razılaşma əldə olunmalıdır. Ancaq hələ ötən ildən başlayaraq Avropa Birliyi və ABŞ İrana qarşı sanksiyaları müəyyən qədər yumşaltmaq, İslam Respublikasına tətbiq olunan bir sıra sanksiyaları ləğv etməklə bağlı qərarlar qəbul edib, bir neçə bank hesabı aktivləşdirilib. İran hakimiyyəti isə Tehranın nüvə silahı əldə etməməklə bağlı öhdəlik götürür və bununla bağlı Qərbə inandırıcı dəlillər təqdim etməyə hazır olduğunu bəyan edir. Bundan başqa ötən bir ildə İran Qərblə qarşıdurma siyasətindən imtina edib, Tehran və Qərb dairələri arasında bir sıra görüş və müzakirələr baş tutub. Bundan başqa regionda baş qaldıran radikal islamçı qruplaşmalar, o cümlədən İraq və Suriyada İŞİD terror qruplaşmasının fəaliyyətləri Qərb üçün İran təhlükəsi mövzusunu müəyyən mənada arxa plana keçirib. Oktyabrın 26-da isə ABŞ prezidentinin İranın ali dini liderinə məktub yazması haqda xəbərlər mediaya ötürülüb. Vaşinqton administrasiyası məktub göndərildiyini təsdiq etsə də, orda İŞİD mövzusunun deyil, İranın nüvə məsələsinin yer aldığını bildirib.
Bakı görüşü təkzib olunsa da, baş verənlər göstərir ki, Obama administrasiyası Yaxın şərqdə siyasətini dəyişib və İslam Respublikası ilə danışıqlar kursunu davam etdirir. Hazırda bölgədə böyük miqyaslı antiterror əməliyyatları həyata keçirən və Rusiyaya qarşı sanksiyalara imza atan ABŞ-ın İranla münasibətləri yeniləməsi qeyri-adi görünməməlidir. Məsələ bundadır ki, indi bu vəziyyət Tehrana da uyğun olduğu üçün münasibətlər sürətlə yumşalır. Ancaq davam edən danışıqların, həmçinin əldə olunan razılaşmaların İran-Amerika müttəfiqliyi adlandırmaq hələ tez olardı. Çünki açıq görünməsə də, hazırda İraq və Suriyada davam edən proseslərdə həm də gizli bir İran-Qərb rəqabəti var. İstənilən halda Yaxın Şərqdə bu iki güc toqquşur.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Tehran Vaşinqtonla gizli danışıqları təkzib edir

    Tehran Vaşinqtonla gizli danışıqları təkzib edir ...

    11-12-2013, 02:00

  • 
  • ABŞ və İran rəsmiləri arasında 8 saatlıq Cenevrə danışıqları - FOTOLAR

    ABŞ və İran rəsmiləri arasında 8 saatlıq Cenevrə ...

    15-01-2015, 16:47

  • 
  • KİV: İran və ABŞ danışıqları Cenevrə və Omanda davam etdirəcək

    KİV: İran və ABŞ danışıqları Cenevrə və Omanda ...

    21-04-2025, 11:07

  • 
  • İran öz nüvə probleminin həlli üçün yeni plan təqdim edib

    İran öz nüvə probleminin həlli üçün yeni plan ...

    16-10-2013, 14:10

  • 
  • ABŞ təcili İran rəsmiləri ilə təmaslara başlayır

    ABŞ təcili İran rəsmiləri ilə təmaslara başlayır ...

    17-06-2025, 15:02


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu