«İran ABŞ-la heç bir gizli danışıqlar aparmır».Lent.az-ın «İTAR-TASS»a istinadən məlumatına görə, bu haqda İran XİN təmsilçisi Mərziyyə Əfham açıqlama verib.
«Tehranla Vaşinqton arasında heç bir məxfi danışıqlar aparılmır. Nüvə proqramı üzrə məsələ İran və «altılıq» ölkələri arasında keçirilmiş görüşlər çərçivəsində müzakirə olunub» - deyə, o,vurğulayıb.
Qeyd edək ki, bir sıra qərb KİV-lər İran və ABŞ arasında cari il ərzində yüksək səviyyədə bir sıra məxfi görüşlərin keçirildiyini bildiriblər. Nəşrlərin iddiasına görə, bu görüşlər noyabrın 24-də Cenevrədə İranın nüvə proqramı ilə bağlı tarixi sazişin imzalanması üçün zəmin yaranmasına imkan yaradıb.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının rəsmiləri də oxşar iddia ilə çıxış etmiş, buna görə müttəfiq saydıqları ABŞ-a iradların bildirmişdilər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?