İqtisadçı alim Qubad İbadoğlu "Yeni Müsavat" qəzetini 25 illik yubileyi münasibətilə təbrik edib.
Təbrik məktubunda deyilir:
"25 il azad sözün keşiyində durmuş, demokratiyanın, plüralizmin təbliğatçısı olmuş, Söz və mətbuat azadlığının qorunması yolunda qələminin mürəkkəbinə ürəyinin qanını qatmış, təqib olunmuş, zindanlara atılmış, lakin həqiqəti söyləməkdən heç vaxt vaz keçməmiş, çağdaş Azərbaycan mətbuatında peşəkarlıq nümunəsi yaratmış fədakar “Yeni Müsavat”çılar!
Ömrünün ən gözəl cağlarını Azərbaycan mətbuatı tarixinin möhtəşəm Söz qalasının formalaşmasına sərf eləmiş dəyərli qəzetçilər!
Bu tarixi gündə hər birinizi təbrik edir, arzuladığınız demokratik cəmiyyətdə neçə-neçə 25 illər Sözün təəssübünü çəkməkdən zövq almağınızı arzulayıram!
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?