Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlu müsavatçılara növbəti dəfə çağırış edib.
Virtualaz.org bildirir ki, o, bu barədə öz facebook hesabında yazıb. Onun yazdıqlarını təqdim edirik:
"Əziz müsavatçı bacı və qardaşlarım!
Son vaxtlar ayrı-ayrı müstəvilərdə, xüsusən sosial şəbəkələrdə müsavatçılar arasında qarşılıqlı ittiham üzərində qurulan müzakirələri zərərli hesab etdiyimdən Müqəddəs Qurban Bayramı öncəsi Sizə səslənirəm. Birlik və bərabərlik bayramı hesab olunan bu əziz günlərdə hər bir müsavatçı partiyadaşımdan böyük anlayış, qarşılıqlı hörmət və siyasi dözümlülük gözləyirəm.
Son nəticədə Müsavat üçün zərərli olan bu müzakirələri dayandırmağın bu əziz gündə edəcəyimiz ən böyük savablardan biri kimi taleyimizə yazılacağına inanıram.
Hər birinizin bayramını təbrik edir, kəsdiyiniz qurbanların, etdiyiniz duaların Tanrı dərgahında qəbul olunmasını bütün səmimiyyətimlə ürəkdən arzu edirəm!”.
Sorğu
Yeni dizaynımız necədir?