Daxili İşlər Nazirliyi Bakıda İŞİD-in təlim mərkəzinin olduğu haqda yayılan xəbərlərə münasibət bildirib.
DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Publika.az-a açıqlamasında məsələni araşdıracaqlarını deyib.
“Bu xəbərdən məlumatımız var. Məsələ ilə bağlı maraqlanacağıq”, - deyə o, qısa olaraq münasibət bildirib.
Qeyd edək ki, musavat.com saytı etibarlı mənbəyə istinadən Bakıda İŞİD-in təlim mərkəzinin olması haqda xəbər yayıb. Məlumata görə, Bakı şəhərinin Keşlə qəsəbəsindəki “Baku Paintball Center”dəki atıcılıq meydanı radikal qruplaşmalar tərəfindən təlim mərkəzi olaraq istifadə edilir.
Adıçəkilən mərkəzdə vəhhabilərin İŞİD-çi dəstələri formalaşdırdıqları iddia olunur. Mənbənin bildirdiyinə görə, günün müəyyən zamanlarında sələfi təriqətinin nümayəndələri mərkəzin atıcılıq meydanında təlim keçirlər. Beləliklə də onlar gələcək döyüşlərə hazırlaşırlar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?