İraq ordusuna məxsus hərbi təyyarələr İŞİD-in mövqelərini bombalayıb.
ANS PRESS-in məlumatına görə, hərbi təyyarələr İŞİD-in Kərkükün cənub və cənub-qərbində yerləşən təlim düşərgəsinə dünən axşam saatlarında bomba yağdırılıb.
Bombardmanla əlaqədar İraq mediasına açıqlama verən İraq hərbçisinin verdiyi məlumata görə, döyüş təyyarələrinin Kərkük vilayətinin cənub və cənub-qərbindəki Riyaz və Rəşad məntəqələrində, həmçinin Hevice bölgəsində və Etşane kəndində İŞİD mövqelərini bombalayıb.
Onun sözlərinə görə, bombardman zamanı İŞİD-in təlim düşərgəsinin loqistika mərkəzi dağıdılıb və 17 İŞİD üzvü öldürülüb. Bombardmandla ayrıca qruplaşmaya aid 3 zirehli nəqliyyat vasitəsin də məhv edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?