“Fatimeyi-Zəhra məscidinin dindarları” dini icmasının qeydiyyatı ləğv olunub.
“Report” xatırladır ki, bir müddət əvvəl Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “Fatimeyi-Zəhra məscidinin dindarları” dini icmasının qeydiyyatının ləğv olunmasını xahiş edib. Məhkəmə iddianı təmin edib.
Bakı Apelyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.
Lakin icma Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmənin hakimi Sevda Hüseynovanın sədrliyi ilə keçirilən prosesin yekununda “Fatimeyi-Zəhra məscidinin dindarları” dini icmasının şikayəti təmin edilməyib, yəni, icmanın dövlət qeydiyyatının ləğv olunması ilə bağlı qərarı qüvvədə qalıb.
Beləliklə, sonuncu instansiyanın qərarından sonra dini icmanın rəsmi dövlət qeydiyyatı ləğv edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?