Ali Məhkəmədə "Azadlıq" qəzetinin azadlıq.info, "Azadlıq" radiosunun azadlıq.org və digər saytların bloklanması ilə bağlı məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.
Hakim Mehparə Əhmədovanın sədrliyi ilə prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
Qeyd edik ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi Azadlıq qəzetinin azadlıq.info, Azadlıq raiosunun azadlıq.org, azərbaycansaatı.com, Meydan.tv saytlarını və Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə saytların bloklanması ilə bağlı qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb./report
Sorğu
Yeni dizaynımız necədir?