Tələbə ondan 4 kəsirə görə 200 manat istədiklərini deyir
Mingəçevir Turizm Kollecinin rəhbərliyinə qarşı rüşvət ittihamı var. JAM.AZ xəbər verir ki, ittiham edən şəxs həmin kollecin 4-cü kurs tələbəsi Mina Seyidovadır.
O, redaksiyamıza etdiyi müraciətində bildirib ki, adətən imtahan verəndə kəsir imtahanları yaranır. Lakin bu kəsirləri növbəti smesterdə həll edərək, təhsillərinə davam edə bilirlər. «Amma çox vaxt pul tələb edirlər. Mənim 4 kəsirim var və buna görə, 200 manat istəyirlər. Kimə şikayət edəcəyimi bilmirəm. Bu pulu verməyə də imkanım yoxdur».
M.Seyidova qeyd edir ki, Bakıdakı kolleclərdə oxuyan tələbələrdən imtahan üçün 100 manat tələb edildiyi halda, Mingəçevir Turizm Kollecində bu rəqəm 2 dəfə çoxdur. «Anam ailəmizin tək başçısıdır. Təhsilim tam olmadığı üçün də heç bir yerdə işləyə bilmirəm».
Kollecin tələbəsi qeyd edir ki, vəziyyətdən çıxmaq üçün Təhsil Nazirliyindən və müvafiq dövlət qurumlarından yardım istəyir.
Mingəçevir Turizm Kollecinin rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?