Ağdam Musiqi Kollecində baş verənlərə sadəcə sadəcə bir ad qoymaq olar
Redaksiyamızın elektron ünvanına olduqca maraqlı məlumat daxil olub. Belə ki, məlumatda qeyd olunur ki, Ağdam Musiqi və İqtisad Kollecinin direktoru Laura Ağayeva kolleci öz qanun və qaydaları ilə idarə edir. Kollecdə hamı rüşvətlə işləyir, rüşvətlə salam verir. Məktub müəllifləri olan tələbələr bildirir ki, direktoru Laura Ağayeva kolleci alver obyekti edib. Kollecə qəbul olan tələbədən özünün müəyyən etdiyi qiyməti istəyir. Yalnız məbləği ödəyən abituriyentlər tələbə olur, məbləği ödəməyənlərin tələbə olmaq sevinci isə gözündə qalır. Qaydaya görə, hər simestrdə 450-550 manat rüşvət verməyən tələbə imtahandan keçmir və ən maraqlısı 700-800 manat pul verməyən tələbə diplom ala bilməz. Ən acınacaqlı hal isə tələbələrin onlardan tələb olunan pulu toplaması üçün işləməsidir. Tələbələr Quzanlı qəsəbəsində fəaliyyət göstərən kafelərdə xidmətçi işləyirlər ki, özlərinə imtahan pulu yığsınlar. Bax belə, direktoru Laura Agağeyeva olan kollecin tələbəsi kafedə xidmətçi işləməlidir. Bəs, bu sahəyə nəzarət edən aidiyyatı qurumlar bu fakta nə deyəcək? Susacaqlarmı, yoxsa bir tədbir görəcəklərmi?
Sorğu
Yeni dizaynımız necədir?