GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Füzulidə Mədəniyyət və Turizm Şöbəsi «icarə»yə götürülüb

Füzulidə Mədəniyyət və Turizm Şöbəsi «icarə»yə götürülüb

Tarix: 13-11-2014, 22:08 Bölmə :Ölkə Baxış: 0
İcra başçısı Alı Alıyev şöbənin keçirdiyi tederlərdə öz şirkətini qalib edib

Füzulidə Mədəniyyət və Turizm Şöbəsi «icarə»yə götürülüb
Azərbaycanda fəaliyyət göstərən bir çox idarə və müəssisələrin niyə fəaliyyətdə olduğu və nə işlə məşğul olduqları olduqca maraqlı və müəmmalıdır. Məsələn, bu gün ölkə ərazisinin 20 faizi ermənilər tərəfindən işğal olunub. Nəticədə, 7 rayonumuz düşmən tapdağı altındadır. 1 milyondan artıq insan isə qaçqın həyatı yaşayır.

Təbii ki, qaçqın düşmüş insanlarımız təhsil almalı, onlara tibbi və sair xidmətlər göstərilməlidir. Həmçinin bu rayonun idarəetməsi təşkil olunmalıdır ki, mövcud problemləri aradan qaldırmaq mümkün olsun. Lakin fəaliyyət göstərən qurumların bəzilərinin mövcudiyyəti qeyri-müəyyəndir. Məsələn, Mədəniyyət və Turizm şöbələrinin hansı məssəbə qulluq etdikləri məlum deyil. Amma hər ilə bu şöbələrəin ixtiyarına milyonlarla manat verilir.

Maraqlıdır ki, bunca vəsait ayrılmasına rəğmən, həmin idarə və şöbələr işğal altında olan rayonların mədəniyyət və turizminin potensialını əks etdirən nə bir kataloq hazırlayıblar, nə də hər hansı bir internet resursu. Hər hansı bir qısametrajlı film də ortalıqda yoxdur. Onların işğal altındakı torpaqlarımızın fotolarını, videolarını və sairə imkanlarını cəmləşdirərək, dünyaya tanıtmaq üçün addımlar atmalıydılar. Ki, buna hələ də rast gəlmək mümkün deyil.

Bunun misalı olaraq, Füzuli rayon Mədəniyyət və Turizm Şöbəsini göstərmək olar. Müftəyeyeən şöbələrdən biri olan bu qurum təkcə bu ilin 6 ayı ərzində tender yolu ilə 60 min manat pul alıb (Bu hələ bizə məlum olandır-red.). Bu pulun 20 min manatı cari təmir işlərinin satın alınmasına sərf olunub. 8000 manatı dəftərxana və təsərrüfat mallarının satın alınmasına xərclənib ki, bunun özü də gülməlidir. Əvvəla heç bir işlə məşğul olmayan, nə bir mədəni tədbir keçirən, nə bir ansambla sahib olan, nə tamaşa hazırlaya biləcək gücə malik, nə kitabxanaları mövcud olan bir şöbə 8000 manatlıq dəftərxana ləvazimatını neyləyir? Axı, bu qədər kağız, qələm, katric, nə bilim daha nələr hansı məqsədlər, yazışmalar, planlaşmalar üçün sərf olunub? Rayonun böyük hissəsi işğal altındadır. Həmin kəndlərin nə kitabxanası var, nə muzeyi. Üstəlik, onların otura biləcəkləri məkan da mövcud deyil. Bu qədər vəsait nəyə xərclənib sualı da elə buradan meydana çıxır.

Bundan əlavə, Füzuli Mədəniyyət və Turizm Şöbəsinə avadanlıqların satın alınması üçün 10 min manat, sair xərclər maddəsi üzrə satınalmalara isə 19794,5 manat ayrılıb. Bu pullara hansı avadanlıqlar alınıb məlum deyil. Ümumiyyətlə, bu avadanlıqların alınmasına gərək var idimi?

Bütün bu pulların təyinatı üzrə xərclənmədiyini isbat edə bilən bir neçə məqam var. Birincisi, bütün tenderlərin yalnız bir şirkət tərəfindən udulmasıdır. «KENZO 2014» MMC-nin Füzulinin icra başçısı Alı Alıyevin olduğu deyilir. Bildirilir ki, icra başçısı bu şirkəti vasitəsi ilə rayona ayrılmış pulları tender vasitəsi ilə «silir». Belə şirkətlərin sayının çox olduğunu da bildirən mənbələr Alıyevin «növbətçi» şirkətlərinin başqa sahələrdə çalışdığını da vurğulayırlar.

İkinci məqam isə bu şirkətin yeni yaranmasıdır. İlin əvvəlində təsisi olunan «Kenzo 2014» MMC-nin tenderlərə qatılması qanunla qadağan edilməlidir. Çünki tenderlərdə iştirak üçün qatılmaq istəyən şirkətin ən azından 3 illik təcrübəsi olmalıdır. Amma görünən odur ki, icra başçısı Alı Alıyevin şirkətlərinə bu3 il lazım deyil. Onlar elə birbaşa prosesə qatılıb, həm qalib çıxıb, həm də işləri görə bilirlər.

Əslində isə ortada korrupsiyanın olduğunu inkar etmək mümkün deyil. Təkcə yuxarıda qeyd etdiyimiz bu iki cəhət dövlət əmlakının talan edildiyini deməyə əsas versin.

Qarşı tərəfi də dinləməyə hazırıq.
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • ALI ALIYEV ŞÖBƏNİN FƏALİYYƏTİ ÜÇÜN AYRILAN PULLAR SAXTA SƏNƏDLƏR VASİTƏSİLƏ SİLƏRƏK MƏNİMSƏYİR

    ALI ALIYEV ŞÖBƏNİN FƏALİYYƏTİ ÜÇÜN AYRILAN PULLAR ...

    19-02-2016, 16:18

  • 
  • Əbülfəz Qarayevin adamının işğal mədəniyyəti talanı

    Əbülfəz Qarayevin adamının işğal mədəniyyəti ...

    19-05-2014, 10:50

  • 
  • Prezident BU İDARƏLƏRİ ləğv etdi - SƏRƏNCAM

    Prezident BU İDARƏLƏRİ ləğv etdi - SƏRƏNCAM ...

    30-03-2016, 01:04

  • 
  • Alı Alıyev Füzulidə yas mərasimi qadağan etdi - ŞOK!!

    Alı Alıyev Füzulidə yas mərasimi qadağan etdi - ...

    19-08-2014, 17:49

  • 
  • Əbülfəz Qarayevin Bərdədəki talanı

    Əbülfəz Qarayevin Bərdədəki talanı ...

    13-05-2014, 10:28


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu