GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İlyas Babayev: “Qafqaz Albaniyası dövründə Qarabağda ermənilər yaşamayıb”.

İlyas Babayev: “Qafqaz Albaniyası dövründə Qarabağda ermənilər yaşamayıb”.

Tarix: 22-11-2014, 21:11 Bölmə :Ölkə Baxış: 0
İlyas Babayev: “Qafqaz Albaniyası dövründə Qarabağda ermənilər yaşamayıb”.

Həmsöhbətimiz tanınmış tarixçi-arxeoloq, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü İlyas Babayevdir.

- İlyas müəllim, uzun illərdən bəridir ki, Qafqaz Albaniyasının mərkəzi şəhəri olan Qəbələdə arxeoloji qazıntıların aparılmasına rəhbərlik edirsiniz. Albaniyanın yaranması ərəfəsində bizim ərazilərimizdə ictimai-siyasi şərait necə idi?

– Albaniya e.ə. IV əsrdə yaranıb. Əvvəllər bu ərazi Əhəmənilər imperiyasının tərkibində idi. Əhəmənilər İmperiyası qərbdə Misir daxil olmaqla şimal-şərqi Afrikadan, şərqdə Hindistanın Hind çayı vadisinə, cənubda İran körfəzi və Hind okeanından şimalda Böyük Qafqaz dağlarına qədər geniş ərazini əhatə edirdi. O vaxta qədər dünyada bu böyüklükdə imperiya yaranmamışdı. Əhəmənilər imperiyası e.ə 550-ci ildə yaranmışdı. Tədqiqatlar göstərir ki, Cənubi Qafqaz, xüsusi ilə hazırki Azərbaycan Respublikasının ərazisi olan Cənubi Şərqi Qafqaz, hələ Əhəmənilərdən əvvəl Midiya dövlətinin tərkibinə daxil idi. E.ə. VII əsrdə şimaldan Kaspi (yeri gəlmişkən, bu ad Xəzər dənizinə nisbətən bizə daha doğmadır) dənizi ilə Qafqaz dağları arasındakı keçiddən (Dərbənd keçidi) cənuba hərəkət edən köçəri skiflər burada padşahlıq yaradaraq 28 il ərzində ağalıq etmişlər. E.ə. VI əsrin əvvələrində Midiya hökmdarı Kiaksar onları məğlub edərək qovmuş, yenidən Midiyanın ağalığını bərpa etmişdi.

Midiya dövlətinin tərkibinə daxil olan Fars (yunanlar Persida adlandırırdılar) vilayətinin hökmdarı Əhəmənin nəslindən olan II Kuruş (Yunan mənbələrində Kir) üsyan qaldıraraq axırıncı Midiya padşahı Astiaqı məğlub edərək Əhəmənilər dövlətini yaratmışdı. Az vaxt ərzində II Kuruş, (e.ə. 550-530-cu illər). Onun oğlu II Kambiz (e.ə. 530-523-cü illər) və I Dara (e.ə. 522-486-cı illər) bir çox ölkələri işğal edərək nəhəng imperiya yaratdılar. Herodotun məlumatına görə, Əhəmənilər imperiyasının şimal sərhədləri Böyük Qafqaz sıra dağlarına qədər çatırdı.

Arxeoloq İdeal Nərimanov Qazax şəhəri ərazisindəki Sarıtəpə abidəsində qazıntı aparan zaman sütunaltlığı tapmışdı. Daha sonra Gürcüstanın Azərbaycan sərhədində Qumbati adlanan bir ərazidə də böyük abidə tapıldı. Bütün bunlar Herodotun Cənubi Qafqazın Əhəmənilər İmperiyasının tərkibinə daxil olması haqqında məlumatını təsdiq etdi. Mənim rəhbərliyimlə Şəmkirdə beynəlxalq ekspedisiyanın arxeoloji qazıntıları nəticəsində aşkar olunmuş abidə isə Cənubi-Qafqazda tapılmış belə abidələrin ən böyüyüdür. Yalnız bir bina yarım hektar yer tutur. Həyəti ilə birlikdə isə 20 hektara qədər məsafəni əhatə edir. Bir neçə kvadrat kilometr ərazini isə möhtəşəm saray tutur. Görünür, Əhəmənilərin Cənubi Qafqazı idarə edən əsas inzibati mərkəzi burada yerləşib.

Albaniya və albanlar haqqında ilkin məlumatlar hansı dövrə təsadüf edir?
Makedoniyalı İsgəndər e.ə. 336-cı ildə Əhəmənilərə qarşı hücum edir. E.ə. 331-ci ildə həlledici döyüş olan Qavqamel döyüşündə bizim bu yerli əhalinin – albanların adı çəkilir. Onlardan əvvəl isə bu ərazilərdə kaspilər yaşayırdılar. Biz hesab edirik ki, kaspilərin içərisinə albanlar da daxil idi. Beləliklə, Albaniya dövlətinin yaranması üçün sosial-iqtisadi baza e.ə. I minilliyin II rübündə artıq formalaşmışdı. 1959-cu ildən Albaniyanın baş şəhəri olan Qəbələ şəhərində arxeoloji qazıntılar aparıram. Mən fürsətdən istifadə edərək Qəbələdə qazıntılar aparan böyük alimlərimiz Saleh Qazıyev və Qara Əhmədovun adlarını çəkmək istərdim. 2006-cı ildən almanlar, gürcülər və ruslar da bu ekspedisiyada iştirak edib.

Mənim doktorluq dissertesiyam qədim şəhərlərin yaranması ilə bağlıdır. Şəhərin mövcudluğu artıq dövlətin olması, dövlətin olması isə hüquq sisteminin mövcudluğudur. Bu şərait artıq e.ə. I minilliyin ortalarında yaranmışdı. Əhəmənilərin dövründə artıq bu ərazidə yaşayan tayfaların konsolidasiyası başa çatmışdı. Strabon bu ərazidə yaşayan 26 tayfanın adını çəkir. Hər tayfanın başında isə öz basilevsi dururdu. Bizə bunlardan yalnız üçünün adı məlumdur. Albanların mərkəz şəhəri Qəbələ idi. Bəzi yazılı mənbələrdə də albanlar haqqında məlumatlar var. Lakin bəzən həmin mənbələr gerçəkliyi düzgün əks etdirmir.

Məsələn, Strabon qeyd edirdi ki, albanlar ticarətə meyilli deyillər, ticarəti mübadilə üsulu ilə aparırlar. Yəni guya ki, pulu tanımırmışlar. Amma qeyd edim ki, biz qazıntılar zamanı böyük dəfinələr tapmışıq. Məlum oldu ki, Strabonun yaşadığı dövrdən 300 il əvvəl albanlar külli miqdarda pul kəsiblər. Qeyd edim ki, bu pulları Makedoniyalı İsgəndərin pullarına bənzədirdilər. Mən bütün bu məlumatları 1971-ci ildə Moskvada çap etdirmişəm.

E.ə. IV əsrdə ellinizm dövrü başlayır. Artıq bu dövrdə ticarət dünya ticarətinə çevrilir. E.ə. II əsrdə Böyük İpək yolu meydana gəlir. Böyük İpək yolu dünya ticarət yolları sistemi idi. Onun bir neçə qolu da Albaniyadan keçirdi.

Roma sərkərdəsi Pompeyin yürüşü zamanı Alban hökmdarı Aroysun 60 000 piyada, 22 000 min atlısı var idi. Bu təbii ki, böyük rəqəmdir. Belə ki, Makedoniyalı İsgəndərin Şərq yürüşü zamanı 30 min piyadası, 5 min süvarisi vardı. Bu rəqəm həm də ölkənin əhalisinin sayının çox olduğunu göstərir. Həmçinin qeyd edim ki, e.ə II əsrdə Ptolomey Albaniyanın 29 şəhərinin adını qeyd edir. Hərçənd bunların bir neçəsi iri yaşayış məskəni idi. Bu şəhərlərin sayı təxminən qəbilələrin sayına bərabərdir. Bütün bunlar ölkənin miqyası haqqında aydın təsəvvürlər yaradır.

Qəbələdə aparılan qazıntılar zamanı o qədər qiymətli tapıntılar əldə olunub ki, bunlar yalnız Azərbaycanın deyil, həmçinin bütün Qafqazın, Yaxın Şərqin tarixini öyrənməyə əsas verir.

Albaniya Şimali Azərbaycan ərazisində yaranmış birinci müstəqil dövlətdir. Əlbəttə, cənubda Manna və s. dövlətlər var idi. Qəbələnin adı e.ə. I əsrdə çəkilir. Qəbələ haqqında Böyük Plini yazıb. Plininin adını çəkdiyi Qəbələnin harada yerləşdiyini 1967-ci ildə tapdım. Son iki ildə apardığım qazıntılarda məlum olub ki, burada daha qədim yaşayış sahələri varmış. İlk dəmir dövrünə aid boyük taxıl anbarları, onların dibində isə yanmış arpa tapmışdım. Bu göstərir ki, social-iqtisadi məsələlərə yenidən baxmaq lazımdır. Yəni e.ə. 7-6-cı əsrlərdə böyük şəhərin yaranması üçün mühüm baza var imiş.

Qəbələ b.e. V əsrinin ortalarına qədər Albaniyanın paytaxtı kimi qalır. Əhəmənilərin tərkibində olanda onlar burada adət və dinlərini yaymayıblar. Yunanlar yazırlar ki, albanlar Zevsə, Heliosa, Selenaya inanırmışlar. Ən çox inandıqları isə Ay Allahı idi. Ay allahının baş kahini ölkədə padşahdan sonra ən nüfuzlu biri sayılırdı.

Adətən, şəhər yarananda yazı da olmalıdır. Pompeylə Albaniya hökmdarının məktublaşdığı haqqında məlumatlar var. Amma bizdə yazılı abidələr azdır. E.ə V əsrdə Albaniyanın özünəməxsus hərfi yazısı var idi. XV-XVI əsrin əlyazmalarında əlifbası, yazısı olan xalqların adı qeyd olunub. Burada albanların da adı çəkilir. Albanların 53 işarədən ibarət əlifbası vardı. Bu işarələrin hamısı səsləri ifadə edirdi.

Müharibədən sonrakı illərdə, Mingəçevir Su Elektrik Stansiyası tikilən zaman, aparılan qazıntılarda daşlar üzərində bəzi yazılar tapılıb. Amma kitablar yox idi. Alban yazısı Mesrop Maştosun adı ilə əlaqələndirilir. O, Albaniyaya gəlib və alban hökmdarı tərəfindən hörmətlə qarşılanıb. Alban hökmdarı ona Beniamin adlı tərcüməçi verib. Və Mesrop Maştos qarqar ləhcəsində, boğaz səsləri ilə zəngin olan əlifbanı yaradıb desələr də, əslində qaydaya salıb, təkmilləşdirib (təkrar edirəm yaratmayıb). Son illərdə Zaza Aleksidze Şimal-Şərqi Misirdə bir manuskript tapıb. Burada 160 səhifədə alban dilində mətn var. Zaza Aleksidze bu kitabı Qafqaz dilləri əsasında oxuyurdu. Mən ondan neçə işarə olduğunu soruşanda, o mənə 52-54 işarə olduğunu dedi. O, həmçinin bu kitabın leksonari olduğunu bildirdi – yəni mövcud kitablar konspektləşdirilib. Deməli, bu dildə daha öncə də xeyli kitablar olub. Bir sözlə, Qafqaz Albaniyası sözün bütün mənalarında Azərbaycan dövlətidir. Dövlətin mərkəzi təxminən 800 ilə yaxın Qəbələ şəhəri olub. Albanlar bizim əcdadlarımızdır. Amma bir şeyi qeyd edim ki, Albaniya adının haradan götürüldüyü bəlli deyil. Bəzi mənbələrdə Albaniyanın “Albus” (latınca “ağ”) sözündən götürüldüyü deyilir. Görünür, bu söz burada yaşayan hündürboy, sarışın, ağdərili adamlara işarədir. Hərçənd İtaliyada, Meksikada, bu gün Avropada müstəqil dövləıt olan Albaniyanın adında da alban sözünə rast gəlinir.

- İlyas müəllim, məlumdur ki, albanlar xristianlığı qəbul edib. Xristianlığı ermənilərin, yoxsa albanların birinci qəbul etmələri haqqında məlumat varmı?

- Mənbələrə görə, Moisey Kalankatuklu qeyd edir ki, bizim kilsəmiz ermənilərdən əvvəl yaranıb. Eramızın I əsrinin axırları, II əsrin əvvəlləri missoner Yegişeni dini yaymağa göndərirlər. Ola bilsin ki, həmin dövrdə bizdə artıq xristian icmaları var idi. Xristian dini yarananda Qədim Romada təqib olunurdu. Hətta Neron Roma şəhərini yandıranda günahı xristianların üstünə atmışdı. Xristianları Kolizeydə vəhşi heyvanların qabağına atırdılar. Ona görə də I əsrdə kilsə axtarmaq əbəsdir. Lakin müəyyən ibadətgahlar, ibadət evləri ola bilərdi. Yalnız 312-ci ildə Konstantin xristianlığı azad din elan etdi. 325-cı ildə Türkiyə ərazisində Mixey şəhərində ilk xristianların dünya forumu çağırıldı. IV əsrin birinci yarısında albanlar artıq xristian dinini qəbul etmişdilər. Bizim ərazinin həm Bizans üçün, həm də Sasanilər üçün strateji əhəmiyyəti vardı. İki dövlət arasında gedən müharibədə Albaniya xristian dövləti kimi Bizansın tərəfini tuturdu. Lakin o zaman Sasanilərin asılılığında olduğumuzdan, bizim yerli əhalini Zərdüşt dinini qəbul etməyə məcbur edirdilər. Amma yerli əhali zərdüştiliyi qəbul etməmişdi. 450-ci ildə Sasani hökmdarı albanları, gürcüləri, erməniləri çağıraraq bildirir ki, siz Zərdüştiliyi qəbul etməlisiniz. Onlar Sasanilərə qalib gələ bilməyəcəyini düşünərək, Zərdüşt dinini qəbul etmiş kimi özlərini göstərirlər. Sasanilər Zərdüşt kahinlərinin 300 nəfərini dini yaymaq üçün Albaniyaya yollayır. Xalq zərdüştiliyə etiraz etdiyindən üsyan qaldırır və həmin kahinləri qovurlar. Sasanilər bu dəfə ordu ilə Albaniyaya gəlir və alban hökmdarı Vaçe dilə tutulmasına rəğmən, hakimiyyətdən əl çəkir. Və adi monax olur. 30 il ərzində Sasanilər hökuməti canişinləri vasitəsilə idarə edirlər. Elə o dövrdə paytaxt Qəbələdən Bərdəyə köçür. Bu qərar qəbul edilərkən, Qəbələnin dağa yaxın olması və tez-tez dağlı tayfaların hücumuna məruz qalması əsas rol oynayır. Daha sonra ərəblərin gəlişi ilə Zərdüştiliyin yayılmasına son qoyulur. Sasanilərin hakimiyyəti 651-ci ildə II Yezdəgirdin dövründə süqut edir. Sasanilərin süqutu ilə biz ərəb xilafətinin tərkibinə daxil olduq.

– Ermənilərin və albanların qəbul etdiyi xristian dinində oxşarlıq var idi?

– Bizim Xristian dinimizdə məzhəblər müxtəlif olub. VII əsrin sonu VIII əsrin əvvəlində bizim kilsəmizi, ərəblərin köməyilə monofizit edirlər. Ermənilər də monofizitdilər. Amma bizdə diafizitlər də mövcud idi. Məsələn, Nic udinləri qriqorian, Oğuz udinləri pravoslavdılar. Albanların ayrıca katalikosluğu var idi və Qanzasar katalikosluğun mərkəzi idi. Mixitar Qoş alban katolikosun tapşırığı ilə bir qanunnamə yaratmışdı. Mixitar Qoş qanunnaməni yazarkən həm xristian qanunlarından, həm də islam şəriətindən istifadə etmişdi. Bizim kilsəmiz VIII əsrin əvvəlindən ərəblərin təsiri ilə erməni kilsəsi ilə eyni olur. Ərazimizdə xeyli xristian dini abidələri var. Bu abidələrin tədqiqi strateji əhəmiyyət daşıyır.

– İlyas müəllim, Albaniya dövründə indiki Qarabağ ərazisində ermənilər yaşayırdımı?

– 1987-ci ildə sonuncu dəfə İrəvanda elmi şuranın iclasında iştirak etmişəm. Ermənilərin Yaremyan soyadlı məşhur bir alimləri var. Yeremyan mənimlə söhbətləri zamanı danışırdı ki, Ermənistanda onu sevmirlər. Mən çox təəccübləndim, çünki həqiqətən böyük alim idi. Səbəbini soruşanda bildirdi ki, çünki o, Qarabağda ermənilərin yox, albanların yaşadığını bildirir. Mən bildirdim ki, axı bunu yalnız siz yox, çoxları, o cümlədən də akademik Orbeli də yazır. Bu, artıq sübut olunmuş faktdır. Qafqaz Albaniyası dövründə Qarabağda ermənilər yaşamayıb. Ermənilər Qarabağa yalnız rus işğalından sonra gəliblər. Həmin dövrdə aparılmış siyahıyalmalar da bunu sübut edir. Hələ XX əsrin əvvəllərində çap olunmuş hərbi xəritələrə də baxsaq, görərik ki, coğrafi toponimlərin 90 faizindən çoxu Azərbaycan dilindədir.

– Maraqlı müsahibəyə görə, Sizə təşəkkür edirik.

Gündüz Nəsibov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Bu gün Angela Merkelin Cənubi Qafqaz regionuna səfəri başlayır

    Bu gün Angela Merkelin Cənubi Qafqaz regionuna ...

    23-08-2018, 15:14

  • 
  • Türkiyə və İran parçalanır: Bakı “Böyük oyun”da

    Türkiyə və İran parçalanır: Bakı “Böyük oyun”da ...

    26-07-2014, 15:18

  • 
  • ABŞ-da Cəmil Həsənlinin yeni kitabı nəşr edilib

    ABŞ-da Cəmil Həsənlinin yeni kitabı nəşr edilib ...

    31-03-2018, 16:16

  • 
  • Azərbaycanın tanınmış arxeoloq-tarixçisi vəfat edib

    Azərbaycanın tanınmış arxeoloq-tarixçisi vəfat ...

    7-07-2016, 19:01

  • 
  • “Qafqaz” Universiteti haqda son qərar verildi — Fəaliyyətini davam etdirəcək

    “Qafqaz” Universiteti haqda son qərar verildi — ...

    20-07-2016, 18:05


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (535)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu