Ermənistan Müdafiə Nazirliyi Azərbaycan ordusu tərəfindən vurulan helikopter və ölən əsgərləri ilə bağlı növbəti yalan məlumat yayıb.
Avropa.info xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, erməni ordusu vertolyotun düşdüyü ərazidə xüsusi əməliyyat keçirib. Düşmən tərəfinin məlumatına görən ölən pilotların meyitlərini hadisə yerindən çıxarmağa müvəffəq olublar. Habelə “qara qutu”nun götürüldüyü bildirilir.
Hadisə zamanı Azərbaycan ordusunun iki əsgərinin şəhid olması haqda da cəfəng məlumat verilib. Onlardan birinin snayperçi olduğu bildirilir.
Qeyd edək ki, Ermənistan Müdafiə nazirliyi bu yalan informasiyanı yaymaqla növbəti dəfə təcavüzkar olduğunu sübut etmiş olub. Belə ki, helikopter vurularkən erməni tərəfi "DQR"in "müstəqil dövlət" olduğunu və Ermənistanın qondarma dövlətçiyin işlərinə qarışmadığını bildirib. İndi isə başını itirmiş Sarkisyan hakimiyyəti ölkəsində tənqidləri sığortalamaq məqsədi ilə yalan məlumat yaymaqdan belə çəkinmir.
Ermənistan Müdafiə Nazirliyinin açıqlamasından sonra Azərbaycan Müdafiə Nazirliyinin də cavabı kecikməyib.
Noyabrın 12-də Ermənistan silahlı qüvvələrinə məxsus helikopterin düşdüyü ərazidən meyitlərin qalıqlarının çıxarılması ilə əlaqədar guya xüsusi əməliyyat keçirilməsi və Azərbaycan Silahlı Qüvvələri bölmələrinin bu istiqamətdə itki verməsi barədə erməni tərəfinin yaydığı məlumatların heç bir əsası yoxdur, bu məqsədyönlü surətdə yayılan növbəti təxribatdır və yalandır.
Avropa.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti açıqlama yayıb.
Bildirilir ki, düşmən tərəfinin vurulmuş helikopterdəki meyitlərin adı altında hər hansı bir qalıqları nümayiş etdirəbiləcəyi ehtimalını əvvəlcədən təxmin edərək bildiririk ki, bu ancaq erməni xalqını aldatmaq niyyətilə əvvəllər verdikləri itkilərin nümayişi ola bilər.
Erməni tərəfindən tam fərqli olaraq Azərbaycan Müdafiə Nazirliyi cəbhədə baş verən hər bir itki barədə rəsmi surətdə dərhal ictimaiyyətə məlumat verir və şəhidlərin dəfn mərasimlərini təntənəli şəkildə təşkil edir.
Müdafiə Nazirliyi bildirir ki, ermənilər helikopterin düşdüyü ərazidə daim vəziyyəti gərginləşdirir və beynəlxalq qurumları da bu məsələyə cəlb etməyə cəhd göstərirlər. Həmin istiqamətdə Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib və ərazi tam nəzarət altındadır.
Qeyd edək ki, Ermənistan KİV-i noyabrın 12-i Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulan vertolyotda həlak olan erməni pilotlarının cəsədlərini xüsusi əməliyyat nəticəsində götürdükləri ilə bağlı xəbər yayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?