Qazaxıstanda yük maşını bir yük qatarı və bir sərnişin qatarı ilə toqquşub.
Yük maşını əyləcə vaxtında basa bilmədiyi üçün əvvəlcə yük qatarı ilə toqquşub. Xoşbəxtlikdən yük qatarı yük maşınına sadəcə toxunaraq keçib gedib.
Lakin yük qatarı keçib qurtarmamış qarşı yoldan bu dəfə də sərnişin qatarı yük maşının yoluna çıxıb. Nəticədə, yük maşının sürücüsü yerindəcə keçinib. Yük qatarının 4 vaqonu aşıb, sərnişin qatarının 3 vaqonu isə zədələnib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?